17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Sabiq icra başçısı hərbi hissə komandirini döyüb – Qalmaqal
Tarix: 24-12-2016 18:22 | Bölmə: Cəmiyyət

Sabiq icra başçısı hərbi hissə komandirini döyüb

Gəncə şəhəri Nizami rayon icra hakimiyyətinin sabiq başçısı Məharət Mustafayev daha bir qalmaqal yaradıb.

Bu barədə reyting.az-a verilən məlumata görə, M.Mustafayev Gəncədə N saylı həbi hissənin mayor rütbəli komandiri Füzuli Nəbiyevi və Bəkir Bəkirli adlı daha bir hərbiçini döyüb. Hadisə ilə bağlı Kəpəz Rayon Polis Şöbəsində araşdırma aparılır. M.Musayevin hüquq-mühafizə orqanlarında çalışan yaxınının isə işi ört-basdır etmyə çalışdığı bildirilir.

Onu da nəzərə çatdıraq ki, M.Mustafayevə bir müddət əvvəl Göygöl rayonunun bələdiyyə sədrini döydüyünə görə Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 221.1-ci (xuliqanlıq) maddələri ilə cinayət işi açılmışdı.

Bundan sonra o, dövlət başçısı tərəfindən tutduğu vəzifədən azad edilmişdi.

Hazırda M.Mustafayevin Gəncənin icra başçısı Elmar Vəliyev tərəfindən himayə edildiyi bildirilir. Mənbəmizin iddiasına görə, konflikt hərbçilərlə baş verdiyindən, sonradan istintaqı Hərbi Prokurorluq aparacaq. Respublikanın hərbi prokuroru isə M.Mustafayevi himayə edən Elmar Vəliyevin qardaşı Xanlar Vəliyevdir.

 


 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}