16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Siyasi məhbusların azadlığı üçün dövlət başçısına müraciət edilib
Tarix: 26-12-2016 13:09 | Bölmə: Cəmiyyət

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Sədr Aparatı və Gənclər Təşkilatının aktivlərinin geniş toplantısını keçirib.

Partiyadan Reyting.az-a verilən məlumata görə, toplantıda ictimai-siyasi vəziyyət, partiyanın 2016-ci ildə fəaliyyəti və 2017-ci il fəaliyyət proqramı müzakirə olunub.

Toplantıda qurultaya hazırlıqla bağlı Təşkilat Komitəsinin və Gənclər Təşkilatının hesabatları dinlənilib.

Çıxış edənlər 2017-ci ildə partiyanın fəaliyyəti ilə bağlı öz təkliflərini veriblər.

ALDP sədri Fuad Əliyev 2017-ci ildə partiyanın təbliğat-təşviqat və təşkilatlanma işlərinin güclənməsi və qarşıdan qələn prezident, parlament və bələdiyyə seçkilərinə hazır olmaq tapşırığını verib.

Daha sonra 31 Dekabr - Dünya Azərbaycanlıların Həmrəylik günü ilə bağlı Azərbaycan xalqı təbrik edilib və dövlət başçısı İlham Əliyevə müraciət qəbul olunub.

Müraciətdə ölkədə həmrəyliyin təmin olunması, sosial gərginliyin azaldılması, siyasi və iqtisadi böhranın aradan qaldırılması üçün iqtidar-müxalifət dialoqun başlanması və 31 Dekabr - Dünya Azərbaycanlıların Həmrəylik Günü münasibəti ilə humanistlik göstərərək siyasi məhbusları azad etmək qeyd olunub.

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}