17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Ali məktəblərdə imtahanlar fərqli üsullarla keçiriləcək - Siyahı
Tarix: 27-12-2016 12:55 | Bölmə: Cəmiyyət


Yaxın günlərdə universitetlərdə qış imtahan sessiyası başlayacaq. Maraqlıdır, imtahanlar hansı üsulla keçiriləcək?

Reyting.az saytı xəbər verir ki, Modern.az bununla bağlı bəzi universitetlərdə sorğu keçirib.

Azərbaycan Tibb Universitetinin mətbuat xidmətinin rəhbəri Günel Aslanovanın sözlərinə görə, imtahanlar test üsulu, kompüter vasitəsilə keçiriləcək.

"Bəzi universitetlərdə imtahana giriş balı təyin edirlər. Lakin bizdə bu yoxdur. Bizdə bir məsələ var ki, tələbə davamiyyətdən ən azı 7 bal toplamalıdır ki, imtahana girəbilsin. Ümumilikdə isə ən aşağı bal 35-45 arasıdır”.

Bakı Slavyan Universitetin mətbuat xidmətinin rəhbəri İbrahim Quliyevin sözlərinə görə, imtahanlar 2 üsulla keçiriləcək:

"İmtahanlar həm test, həm dəyazılı üsulla keçirilir. İmtahanlara buraxılış balı yoxdur. Sadəcə olaraq, fənn üzrə ayrılmış bütün saatların 25 faizdən çoxunda iştirak etməyən tələbə imtahana buraxılmır. Bal məsələsinə gəldikdə isə, burada fərq, məhdudiyyət yoxdur”.

Azərbaycan Texniki Universitetin (AzTU) mətbuat xidmətinin rəhbəri Nicat Abdullayev deyib ki, AzTU Azərbaycanda test üsulu ilə imtahan sisteminə keçən ilk universitetlərdəndir:

"Universitetin gələcəkdə distant təhsil üçün qurulan saytı həm tədrisin ilkin mərhələsini (dərsləri), həm də nəticələri (imtahanları) onlayn şəkildə təşkil etməyə imkan verir. Lakin tələbələrin bilik və bacarıqlarının yoxlanılmasının test üsulu ilətam olaraq əhatə edilməsi mümkün olmadığı üçün imtahanlar testlə paralel, yazılı şəkildə də həyata keçirilir”.

Azərbaycan Dövlət İqtisad Universitetindən verilən məlumata görə, imtahanlar yazılı və test üsulu ilə keçiriləcək.

Azərbaycan Dillər Universitetinin mətbuat xidmətinin rəhbəri Şəfaqət Kazımova isə bildirib ki, imtahanlar açıq formada, yazılı keçiriləcək.

"Odlar Yurdu” Universitetindən bildirilib ki, imtahanlar kompüterlə, test üsulu ilə keçiriləcək. İmtahanlardakı nəzarətçilər başqa müəllimlər olacaq. İmtahan prosesi kamera vasitəsi ilə də müşahidə olunacaq.

Azərbaycan Neft və Sənaye Universitetindən verilən məlumata görə, imtahanlar yazılı şəkildə keçiriləcək. İmtahanlara qeyri-fənn müəllimləri nəzarət edəcək. İmtahan bitdikdən sonra kağızlardan adlar çıxarılaraq kodlaşdırılacaq, daha sonra kamera müşahidəsi olan otaqlarda yoxlanılacaq. Tələbələr qiymətlərini auditoriyada alacaqlar.

Xəzər Universitetinin mətbuat xidmətindən bildirilib ki, imtahanlar test üsulu və müəllimlərin həyata keçirdiyi klassik üsulla həyata keçirilir. Universitetdə viktorium və final imtahanları fərqlidir. Viktorium imtahanlarında tələbənin biliyini yoxlamaq üçün daha çox imkan olur.

Azərbaycan Universitetinin mətbuat xidmətindən məlumat verilib ki, imtahanlar Təhsil Nazirliyinin təsdiq etdiyi qaydalara uyğun şəkildə keçirilir. Bəzi imtahanlar test, bəziləri isə açıq sual şəklində keçiriləcək.

Bildirilib ki, tələbələrə test daha rahat olduğundan onlar açıq şəkildə keçirilən imtahanları istəmirlər. "Amma bu, bizlik deyil, Təhsil Nazirliyinin göstərişi ilə keçirilir”.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}