Təhsil Nazirliyi komissiyaya universitetlə bağlı 10 gün vaxt verib
Tarix: 20-01-2017 13:42 | Bölmə: Cəmiyyət / Xəbərlər

Ötən gün Təhsil Nazirliyində "Qafqaz” Universitetinin rektoru və müəllimləri ilə görüş keçirilib

Reyting.az xəbər verir ki, bu barədə AzVision.az-a fəaliyyəti dayandırılan "Qafqaz” Universitetinin mətbuat xidmətinin rəhbəri Rəcəb Rza bildirib.

Onun sözlərinə görə, görüşün əsas məqsədi ali təhsil müəssisəsinin müəllimlərinin gələcək fəaliyyəti, akademik təcrübələri ilə bağlı sualları Təhsil Nazirliyinin rəhbər şəxsləri tərəfindən cavablandırmaq olub.

"Görüşdə qeyd olunub ki, "Qafqaz” Universitetinin Ləğvetmə Komissiyası öz fəaliyyətini Təhsil Nazirliyinin işçi qrupu ilə əlaqələndirmiş şəkildə qurur və aidiyyatı suallar proses başa çatana qədər cavablandırılacaq. On gün ərzində komissiya universitetin tələbə və müəllim heyəti ilə bağlı qərar verəcək”.

R.Rza qeyd edib ki, ilk növbədə tələbələrin təhsillərini optimal şəkildə davam etdirmələri üçün bütün şərait təmin ediləcək.

Qeyd edək ki, "Qafqaz” Universitetinin rəhbərliyi yanvarın 16-da təsisçinin qərarı iləuniversitetin ləğvetmə prosesinə başlayıb və ləğvetmə komissiyası yaradılıb. Eyni zamanda universitetin ləğvi ilə bağlı Təhsil Nazirliyində İşçi qrupu yaradılıb və qış imtahan sessiyasından sonra tələbələrin digər universitetlərə köçürülməsi həyata keçiriləcək.





Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}