Qanunsuz tikililərin sənədləşmə problemi həll ediləcək
Tarix: 24-01-2017 13:49 | Bölmə: Cəmiyyət

"Bakıda və Abşeron yarımadasında qanunsuz tikilən evlərin çoxu torpaq, əmlak və digər vergilərə cəlb olunur. Ancaqbu tikililər rəsmiləşdirilməyib”.

Reyting.az APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib.

A.Rəhimzadə qanunsuztikililərlə bağlı problemin əsas səbəbini də açıqlayıb: "Çünki bələdiyyə bilməyib ki, torpaq ona, yaxud başqa bələdiyyəyə məxsusdur. Ona görə də qanunsuz tikililərlə bağlı problem yaranıb. Bələdiyyənin ərazisi dəqiqləşdirilib, xəritə veriləndən sonra bələdiyyə biləcək ki, bu torpaq onun ərazisidir, yoxsa yox. Xəritələr müəyyənləşəndən sonra bu problemlərin həlli daha asan olacaq. İndiyə qədər bələdiyyənin başqa bələdiyyənin ərazisində torpaq verməsi halları olub. Buna görə bələdiyyələri təqsirləndirmək də olmaz, çünki bir çox bələdiyyə indiyə qədər ərazisinin hara olduğu, haradan başlayıb harada qurtardığını bilməyib”.

Komitə sədri bələdiyyələrin xəritələrinin əksəriyyətinin hazırlanaraq Milli Məclisin Reyestr Xidmətinə verildiyini nəzərə çatdırıb: "Ümumilikdə, 59 rayonda ərazilərlə bağlı mübahisələr var. Həmin mübahisələr həll ediləndən sonra bələdiyyələrin hamısı biləcək ki, ərazisi haradır, hansı əraziyə sərəncam verə bilər, harada onun sərəncamı ilə ev tikə bilərlər”.

A.Rəhimzadə qeyd edib ki, qanunsuz tikililərlə bağlı sənədləşmə problemi bir il əvvəl Azərbaycan prezidentinin imzaladığı fərmana əsasən, tədricən həllini tapacaq.

Qeyd edək ki, dövlət başçısının imzaladığı fərmana əsasən, tikintiyə dair layihəsi müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış, yaxud mülkiyyət hüququna dair çıxarış (kupçası) olan tikililər sadələşdirilmiş qaydada sənədləşdirilməlidir. Bununla bağlı müvafiq dövlət orqanlarına tapşırıqlar verilib.

A.Rəhimzadə deyib ki, bəzi evlər neft torpaqlarında tikilib: "Bu məsələ ilə bağlı müxtəlif məqamlar var. Hər bir konkret hal üzrə konkret həll variant olacaq. Ümumiyyətlə, belə evlərin sənədləşdirilməsi üçün müxtəlif tələblər var və bu da fərmanda əksini tapıb. Məsələn, bu evlər tikilməzdən öncə layihəsi yerli icra hakimiyyəti ilə razılaşdırılmalı idi. Sürüşmə zonaları, fövqəladə vəziyyətlər ola bilər. Layihə razılaşdırılıbsa, həmin evlərin sənədləşdirilməsi fərmanda əksini tapıb. Yəni Azərbaycan prezidentinin fərmanında əksini tapan tələblərə uyğun olaraq, sənədsiz evlərin sənədləşdirilməsi üçün müvafiq müraciət edilməlidir”.

Bakı və Abşeron yarımadasında əsasən, bələdiyyələrin sərəncamı ilə qanunsuz ayrılmış torpaqlarda, qismən də özbaşına zəbt edilmiş torpaqlarda tikilən və müvafiq icra hakimiyyəti ilə tikinti layihəsi razılaşdırılmayan evlərə gəlincə, A. Rəhimzadə bu hallarda qanunvericiliyin tələblərinin pozulduğunu söyləyib: "Hesab edirəm ki, Azərbaycan prezidentinin bir il əvvəl imzaladığı fərmana əsəsən, bu sahədə məsələlər həllini tapmalıdır”.

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}