14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Nazirlər Kabineti tələbə qəbulunun yeni qaydalarını təsdiqləyib - Dəyişiklik
Tarix: 08-02-2017 18:52 | Bölmə: Cəmiyyət / Xəbərlər

Dövlət İmtahan Mərkəzinin təklifinə əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti tam və ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə, ali təhsil pilləsinin bakalavr, magistratura və rezidentura səviyyələrinə tələbə qəbulu qaydalarını təsdiq edib.

Reyting.az Dövlət İmtahan Mərkəzinə istinadla xəbər verir ki, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul qaydalarında edilən dəyişikliyə əsasən, abituriyentlərə seçdikləri ixtisas qrupu üzrə eyni tədris ilində keçirilən bir neçə qəbul imtahanında iştirak etməyə icazə verilir.

Belə ki, cari tədris ilində bakalavriat səviyyəsinə qəbul imtahanının iki dəfə keçirilməsi nəzərdə tutulur. Bu ilin və əvvəlki illərin məzunları hər iki imtahanda iştirak edə bilərlər. Abituriyentlər müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəklərini özləri müəyyənləşdirəcəklər.

Digər qəbul qaydalarında ciddi dəyişiklik edilməyib. Təsdiq olunan qəbul qaydaları tqdk.gov.az saytında yerləşdiriləcək və "Abituriyent” jurnalının müvafiq buraxılışlarında çap ediləcək.

Reyting.az

 





Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}