DTX generallardan 1 milyon manat istəyir - İddia
Tarix: 28-02-2017 15:10 | Bölmə: Cəmiyyət

Ləğv edilmiş MTN-nin Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-Texniki İdarəsinin rəisi, general-mayor Natəvan Mürvətova, həmin qurumun digər vəzifəli şəxsləri - Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev və Elşad Əzizovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Reyting.az Musavat.com-a istinadla xəbər verir ki, cinayət işi Bakı Hərbi Məhkəməsinin sədri, hakim Həbib Həsənovun sədrlik etdiyi kollegiyada Sabunçu Rayon Məhkəməsinin inzibati binasında araşdırılır.

Jurnalistlərin iştirakına icazə verilməyən məhkəmə iclasında zərərçəkmiş şəxslər mülki iddia ilə çıxış ediblər. 100-dən çox zərərçəkmişdən 25-i mülki iddia ilə məhkəməyə müraciət edib. Mülki iddia qaldıranlar arasında Dövlət Təhlükəsizlik Xidməti (DTX) də var. DTX mülki iddiada agentlərə verilməsi üçün ayrılan 1 milyon manatı tələb edib.

Təqsirləndirilənlərdən general Sübahir Qurbanovun vəkili Azər Tağıyev musavat.com-a deyib ki, hüquqlarını müdafiə etdiyi şəxs səhhəti ilə bağlı vəsatətlə çıxış edib. O, vəziyyətinin ağır olduğunu və ekspertizadan keçirilməsini istəyib. Generalın vəsatətinə fasilədən sonra baxılacaq.

İttihama görə, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri - Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev və Elşad Əzizov 2004-2015-ci illər ərzində mütəşəkkil dəstə tərkibində xidməti vəzifələrinin icrası ilə əlaqədar hakimiyyətdən və öz qulluq mövqelərindən sui-istifadə ediblər.

Dəstəüzvləri sahibkarlara psixi vəfiziki zorakılıq göstərməkdə, sərbəst buraxılmaları müqabilində, həbsə alma və barələrində rüsvayedici məlumatlar yayma hədəsi ilə külli miqdarda pul tələb etməkdə ittiham edilirlər.

 





Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}