Mədət Quliyev: “900-dək vətəndaşımız terrorçulara qoşulub”
Tarix: 03-03-2017 12:17 | Bölmə: Cəmiyyət


"Azərbaycan tərəddüd etmədən anti-terror koalisiyasına qoşulub. Beynəlxalq terrorçuluqla mübarizəyə öz töhfəsini verməkdədir”.

Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev "Terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

O bildirib ki, bu gün dünyanın təhlükəsizliyini ciddi təhdid edən terrorçuluq, ekstremizm və radikalizm ölkəmiz üçün də mühüm məsələdir.

Mədət Quliyev qeyd edib ki, ermənilərin Azərbaycanda törətdikləri 373 terror aktı nəticəsində 2000-dən artıq dinc azərbaycanlı həlak olub.

"Azərbaycanın 900-dək vətəndaşı radikal təşkilatların təsiri altında Suriya və İraqda terrorçulara qoşulub”,-deyən DTX rəisi bildirib ki, onlardan çoxu döyüşlər zamanı öldürülüb.

M.Quliyev qeyd edib ki, onlardan 84 nəfər şəxs cinayət məsuliyyətinə cəlb olunub, son bir ildə 54 nəfər Azərbaycan vətəndaşlığından məhrum edilib.(APA)

 





Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}