Uşaqlara ziyan vuran informasiya yayanlar cəzalandırılacaq - Aqiyyə Naxçıvanlı
Tarix: 06-03-2017 11:16 | Bölmə: Cəmiyyət


Bu gün Milli Məclisin Ailə, Qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib.

Reyting.az-ın Modern.az-a istinadən verdiyi xəbərə görə, iclası komitə sədri Aqiyyə Naxçıvanlı açaraq bildirib ki, gündəliyə bir məsələ daxildir.

Bu, komitə tərəfindən hazırlanmış "Uşaqların sağlamlığına vəinkişafına ziyan vuran informasiyadan qorunması haqqında” qanun layihəsidir.

Bu qanun layihəsi Uşaq Hüquqları Bəyannaməsi, Uşaq Hüquqlarına dair Konvensiyaya və digər beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycanda uşaqların hüquqlarını və azadlıqlarını, uşaqların sağlamlığının, inkişafının qorunması, onların mənəviyyatına, psixi, fiziki, sosial inkişafına ziyan vuran informasiya məhsullarından müdafiə olunması sahəsində dövlət orqanlarının digər hüquqi və fiziki şəxslərin vəzifələrini müyyən edir.

Layihə 5 fəsil və 23 maddədən ibarətdir. Milli Məclisin iclasında müzakirəyə çıxarılacaq layihədə hüquqların pozulmasına görə məsuliyyət də öz əksini tapıb.





Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}