14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Qəbul imtahanlarının qiyməti elan olunduğundan bahadır - Ekspert
Tarix: 07-03-2017 12:07 | Bölmə: Cəmiyyət


Tarif (qiymət) Şurası Dövlət İmtahan Mərkəzinin (DİM) müraciət və təkliflərini nəzərə alaraq 9 qrup üzrə imtahanların qiymətini müəyyənləşdirib. Qiymət imtahanın növündən asılı olaraq 10-100 manat arasında dəyişir.

Təhsil eksperti Kamran Əsədov isə bildirib ki, DİM-in müəyyən etdiyi imtahan qiymətləri hələ ƏDV xaric qiymətdir:

"Bildiyiniz kimi, Azərbaycan ərazisində müəyyən xidmət müəssisələri xidmət haqqına ƏDV-ni (əlavə dəyər vergisi) daxil etmirlər. Bu da həmən xidmət haqqının 18 faizidir. Deməli, DİM-in müəyyən etdiyi imtahan qiymətlərinin üstünə 18 faiz ƏDV də gələcək. Bundan başqa, imtahan iştirakçıları imtahanda iştirak məqsədilə ödəmə kartı əldə etmək üçün müvafiq mobil operatorların SMS nömrələrinə boş SMA göndərib bunu yerinə yetirəcəklər ki, bu məbləğ də müəyyən edilmiş imtahan qiymətlərinə daxil deyil. Bu da qiyməti artıran hallardır. Sonra nəticələri öyrənmək üçün yenə də müvafiq nömrələrə SMS yollayacaqlar ki, bu da imtahan qiymətlərinə baxsaq heç də kiçik məbləğ olmayacaq. Deməli, müəyyən edilmiş imtahan qiymətləri son rəqəm deyil. Hələ buna qeyd etdiyim xidmət haqları da əlavə olunacaq. TQDK əvvəllər qeyd edib ki, bir iddiaçının bir imtahanda iştirak etməsi onlara 25 manata başa gəlir. Ondan sonra qeyd etdilər ki, onların məqsədi pul qazanmaq deyil. Amma elan olunmuş imtahan qiyməti bunların ikisini dəinkar edir”.

Ekspert qeyd edib ki, dünyanın heç bir ölkəsində ali məktəblərə qəbul imtahanlarının qiyməti bu insanların orta əmək haqqı ilə bu qədər tərs mütənasib deyil:

"Bu, insanları kütləvi şəkildə təhsildən məhrumetmə ilə nəticələnə bilər. Nəzərə alsaq ki, Azərbaycanda minimum əmək haqqı 116 manat təşkil edir, deməli müəyyən edilmiş imtahan qiyməti çox böyük rəqəmdir.

Məsələn, ABŞ-da orta əmək haqqı 2500 dollar təşkil edir və onlarda imtahan qiyməti 35 dollar təşkil edir. Türkiyədə orta əmək haqqı aylıq 2 min TL təşkil edir və imtahan qiyməti təhsil pilləsinə görə 55 və 35 TL-dir”.

Kamran Əsədov açıqlanan imtahan qiymətləri və ƏDV artırılandan sonra olan real qiymətlərlə bağlı kiçik hesablama da aparıb:

20 manat olan imtahan qiyməti ƏDV ilə 23.6 azn;

40 manat olan imtahan qiyməti ƏDV ilə 47.2 azn;

50 manat olan imtahan qiyməti ƏDV ilə 59 azn;

60 manat olan imtahan qiyməti ƏDV ilə 70.8 azn;

100 manat olan imtahan qiyməti ƏDV ilə 118 azn.





Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}