Mübariz Qurbanlı:“Məzhəbçilik müsəlman dünyasına böyük ziyan vurur”
Tarix: 15-03-2017 11:55 | Bölmə: Cəmiyyət

"Bu gün dünyada dini zəmində münaqişələr gedir. Həmin münaqişələrdə 700-dən artıq qrup iştirak edir. Bu münaqişələrin çoxu məhz müsəlman ölkələrinin ərazisindədir. Ümumiyyətlə, müsəlman ölkələrində mövcüd olan məzhəbçilik müsəlman dünyasına böyük ziyan vurur. 32 müsəlman ölkəsi digər məzhəbləri qəbul etmir. Bu, düşündürücü məsələdir"

Reyting.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "İslam həmrəyliyi: zamanın çağırışı" adlı beynəlxalq konfransda deyib.

M.Qurbanlı bildirib ki, bu gün dünyada İslam həmrəyliyinin olması olduqca vacibdir: "Çünki zaman sürətlə irəliləyir, dünyada qloballaşma prosesi gedir və bu proses ayrı-ayrı yerlərdə qarşıdurmalara səbəb olur”.

Müasir dünyada islamofobiyanın ciddi təzahürlərinin demokratiyanın beşiyi Avropada müşahidə edildiyini diqqətə çatdıran Komitə sədri deyib ki, islamofobiya ilə mübarizədə İslam Həmrəyliyi mühüm amildir:

"Azərbaycanda İslam Həmrəyliyi elan edilməsi ölkənin bu sahədə olan siyasətini əks etdirir. Bu il İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi müstəqil dövlətimizin uğurundan xəbər verir".





Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}