Komitə üzvləri Milli Qəhramanın 40 mərasimində iştirak ediblər
Tarix: 18-03-2017 17:07 | Bölmə: Cəmiyyət


"İşgəncələrə Qarşı Azərbaycan Komitəsi” Milli Qəhrəman Çingiz Qurbanovun 40 mərasimində iştirak edib.

17 mart 2017-ci ildə Azərbaycan Respublikasının Milli Qəhrəmanı Çingiz Salman oğlu Qurbanovun 40 mərasimində "İşgəncələrə Qarşı Azərbaycan Komitəsi”nin sədri Elşad Həmidov, komitənin sədr müavini Bəhmən İmanov, komitənin baş eksperti Yavər Nuriyev və digərləri iştirak ediblər.

Milli Qəhrəmanın 40 mərasimində Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənov, Baş qərargah rəisi Nəcməddin Sadıqov və digər məsul şəxslər də iştirak ediblər.

"İşgəncələrə Qarşı Azərbaycan Komitəsi”nin sədri Elşad Həmidov jurnalistlərə deyib ki, "Azərbaycan xalqı igid əsgərimiz – şəhid Çingiz Qurbanovun əziz xatirəsini həmişə yad edəcək və gələcək nəsillərə onun həyata keçirtdiyi igidliyi, rəşadəti, qəhrəmanlığı nümunə olaraq çatdıracaqdır. Şəhidlər ölmürlər, bəli, torpaq uğrunda ölən varsa vətəndir. Mən şəhidimizin atası Salman kişiyə və ümumilikdə bütün Azərbaycan xalqına bir daha baş sağlığı verirəm. Allah bütün şəhidlərimizə, o cümlədən Milli Qəhrəmanımız Çingiz Qurbanova rəhmət eləsin! Qəbri nurla dolsun. Mən inanıram ki, rəşadətli ordumuz işğal altında qalan torpaqlarımızı azad edəcək və şəhidlərimizin qisasını alacaqdır”.




276 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər