Nazir Məşğulluq Mərkəzinin direktorunu işdən kənarlaşdırıb
Tarix: 04-04-2017 16:04 | Bölmə: Cəmiyyət


Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov daha bir kadr dəyişikliyi edib.

Reyting.az saytı mia.az-a istinadla xəbər verir ki, nazir Sumqayıt Şəhər Məşğulluq Mərkəzinin rəhbəri İlham Hüseynovu işdən azad edib. İ.Hüseynov nazirin əmri ilə ƏƏSMN yanında DSMF-nun Sumqayıt şəhər şöbəsinin sədr müavini vəzifəsinə təyin olunub.

Məlumat üçün bildirək ki, son günlər İlham Hüseynovun adı rüşvət qalmaqalında hallanırdı. Onun Sumqayıt Şəhər Məşğulluq Mərkəzində yeyintilərə yol verməsi ilə bağlı bir sıra media qurumlarında məlumatlar da yayılmışdı. Hətta mərkəz direktorunun nazir Səlim Müslümov tərəfindən cəzalandırılacağı da bildirilirdi.

Görünür, nazir İ.Hüseynovu aşağı vəzifəyə keçirməklə cəzalandırıb.





Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}