Komitə əməkdaşları Cocuq Mərcanlı və Lələtəpədə olublar - Fotolar
Tarix: 07-04-2017 19:44 | Bölmə: Cəmiyyət


İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin bir qrup nümayəndəsi Cocuq Mərcanlı və Lələtəpəyə səfər ediblər.

Səfərə gedənlər sırasında İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elşad Həmidov, Kadrlar Departamentinin rəisi Ənvər Rzayev, Təhlükəsizlik Departamentinin rəisi Oqtay Salamov, Təşkilati İşlər Departamentinin rəisi Rəfael Quliyev, Cənub bölgə rəhbəri Ağakərim Əzimov, qrup rəhbəri İqbal Mirzəyev, qrup bölmə köməkçisi Rəsul Bayramov, baş ekspert Taryel Quliyev, Regional bölmə rəhbəri Vidadi Qurbanov, Sumqayıt bölmə rəhbəri İxtiyar Məmmədov, müşahidəçilər Samir Əzimov və Ramil Hüseynov olublar.

Adıçəkilən komitənin sədri Elşad Həmidov Reyting.az-a deyib ki, tədbir iştirakçıları Cocuq Mərcanlıda görülən işlərlə yanaşı Lələtəpədə xidmət edən əsgərlərimizə də baş çəkiblər və yüksək döyüş əhval-ruhiyyəsinin şahidi olublar.








Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}