Direktoru iş otağında qətlə yetiriblər
Tarix: 23-04-2017 13:09 | Bölmə: Cəmiyyət


İş otağında ölü tapılan "Azərsığorta" dövlət sığorta şirkətinin Tovuz rayon filialının direktoru 1956-cı il təvəllüdlü Raya Bayramovanın meyiti üzərində Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Tovuz rayon şöbəsi ekspertiza aparıb.

Qeyd edək ki, meyitin üzərində qan ləkələri olduğuna görə, R.Bayramovanın qətlə yetirildiyi ehtimal edilirdi.

Müayinə zamanı R.Bayramovanın iş otağında küt alətlə başından vurularaq qətlə yetirildiyi məlum olub. Bundan başqa, R.Bayramovanın müavininin xəsarət alaraq, xəstəxanaya yerləşdirildiyi də bəlli olub.

Reyting.az APA-ya istinadla xəbər verir ki, bu gün səhər saatlarında R.Bayramovanın müavini 1965-ci il təvəllüdlü Vəliyev Vidadi Bəhmən oğlu kəllə-beyin travması xəsarəti ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. O, qurumun yerləşdiyi binanın damından yıxılaraq xəsarət aldığını deyib.

Hazırda hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparırlar.

Reyting.az






Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}