17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
İTV-yə baş direktor seçiblər - Səsvermə
Tarix: 25-04-2017 15:46 | Bölmə: Cəmiyyət


İctimai Televiziya və Radio Yayımları Şirkətinə (İTV) növbəti 4 ildə kimin rəhbərlik edəcəyi məlum olub. Yayım Şurası üzvlərinin səsverməsi ilə Cəmil Quliyev yenidən İTV-nin baş direktoru vəzifəsinə seçilib.

Qeyd edək ki, yeni baş direktorun seçilməsi ilə əlaqədar, MTRŞ tərəfindən elan olunmuş müsabiqəyə aprelin 12-dən 22-dək 5 nəfər sənəd vermişdi. Həmin şəxslər Paşazadə Tahir Ağalar oğlu, Quliyev Cəmil Elşad oğlu, Soltanov İltifat Hacıxanoğlu, Məmmədov Tahir Tais oğlu və Ağayeva Afaq Ağaibrahim qızıdır.

Xatırladaq ki, İTV-nin baş direktoru vəzifəsinə 2013-cü ildə seçilən Cəmil Quliyevin səlahiyyət müddəti bu ay başa çatıb.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}