16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
İfşa olunmuş casusların Bakıdakı himayədarları da həbs ediləcək
Tarix: 08-05-2017 11:49 | Bölmə: Cəmiyyət


Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları tərəfindən Müdafiə Nazirliyinin Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrimizə qarşı genişmiqyaslı təxribat fəaliyyətinin həyata keçirilməsinin planlaşdırıldığı barədə əldə edilmiş məlumat əsasında aparılmış tədbirlər nəticəsində müəyyən olunub ki, xalqına, vətəninə və dövlətinə xəyanət yolunu tutan iradəsi zəif, vətəndaşlıq ruhunu və vətəninə bağlılığını itirmiş bir qrup hərbi qulluqçular və digər mülki şəxslər Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilib.

Onlar müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə düşmən tərəfinə ötürüblər.

Reyting.az xəbər verir ki, Baş Prokurorluq, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə bəyanatında bu haqda bildirilib.

Toplanmış materiallar əsasında dövlətə xəyanət və digər faktlar üzrə 2017-ci il 3 may tarixdə Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə cinayət işi başlanaraq, Azərbaycan Respublikası Prokurorluğu, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu yaradılıb və ibtidai istintaq aparılır.

Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində düşmənin kəşfiyyat və xüsusi xidmət orqanlarının Bakı şəhərində ictimai yerlərdə həyata keçirməyi planlaşdırdıqları təxribat və terror fəaliyyətinin qarşısı alınıb, məxfi əməkdaşlığa cəlb olunmuş bir qrup hərbi qulluqçu və mülki şəxslər cinayət məsuliyyətinə cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

"Bəyan edirik ki, düşmənin ölkəmizdə, o cümlədən Bakı şəhərində və respublikanın digər ərazilərində qəsdən vəziyyəti gərginləşdirməyə yönəlmiş istənilən təxribat və terror fəaliyyətinin qarşısı bundan sonra da qətiyyətlə alınacaq və sarsıdıcı adekvat tədbirlər görüləcək",- deyə bəyanatda bildirilib.

"Əgər həmin vətəndaşlarımız dövlət orqanlarında işləyiblərsə, onların qarşısı vaxtında alınmayıbsa, buna cavabdeh olan şəxslərin də məsuliyyətə cəlb edilməsi gözləniləndir”.

Bu fikirləri isə Unikal.org-a Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə komitəsinin sədr müavini, YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə cəbhənin Tərtər istiqamətində baş verən təxribatlar, erməni kəşfiyyatına məlumat ötürənlərin həbs olunması ilə bağlı yaydığı bəyanat barədə danışarkən deyib. O, qeyd edib ki, vətəninə xəyanət etmək yolunu tutan hər bir kəs gec-tez cəzalandırılacağını göz önünə almalıdır:

"Ermənistanın Azərbaycana qarşı provakasiyası dayanmaq bilmir. Torpaqlarımızın bir həssini işğal etməsi azmış kimi, vaxtaşırı cəbhə xəttində gərginlik yaradır. Eyni zamanda sayıqlığını itirmiş vətəndaşlarımızı da Azərbaycan əleyhinə fəaliyyət göstərməyə sövq edirlər.

Göründüyü kimi, Ermənistanın Azərbaycana qarşı işğalı müxtəlif formada fəaliyyət göstərir. Ancaq udurlar ki, Azərbaycan ötən əsrin 90-cı illərinin Azərbaycanı deyil. Bu gün Azərbyacanın güclü dövlətçiliyi, öz işini yüksək səviyyədə yerinə yetirən güc strukturları, həmçinin təhlükəsizliyini qoruyan müvafiq orqanları var. Azərbyacanın xüsusi xidmət orqanlarının erməni kəşfiyyatına işləyən vətəndaşlarımızı həbs etməsi göstərir ki, dövlətçiliyimizə qarşı yönələn istənilən addımın qarşısı qətiyyətlə alınacaq. Heç bir halda Ermənistanın Azərbaycanı zəiflətmək, ərazi bütövlüyünü pozmaq cəhdləri baş tutmayacaq. Eyni zamanda vətəninə xəyanət etmək yolunu tutan hər bir kəs gec-tez cəzalandırılacağını göz önünə almalıdır”.

Bir çox ölkələrdə belə hallar baş verən zaman ordu rəhbərliyində də istefalar olur. Bizdə belə halların baş verməsi gözlənilirmi? - sualına millət vəkili belə cavab verib:

"Məsələ ilə bağlı geniş məlumat verilməyib. Bildirilir ki, erməni xüsusi xidmət orqanlarına işləyən vətəndaşlarımız həbs edilib. Onlar kimdir, nəçidir, hansı statusda olub, bununla bağlı geniş məlumat yoxdur. Şübhəsiz ki, əgər həmin vətəndaşlarımız dövlət orqanlarında işləyəyiblərsə, onların qarşısı vaxtında alınmayıbsa, buna cavabdeh olan şəxslərin də məsuliyyətə cəlb edilməsi gözləniləndir”.

Hərbi ekspert Üzeyir Cəfərov isə bir qrup hərbi qulluqçuların vətənə xəyanət etmələri barədə yayılan bəyanata münasibət bildirərkən deyib ki, onun tərəfindən Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları tərəfindən xalqına, vətəninə və dövlətinə xəyanət yolunu tutan şəxslər ilə bağlı Hərbi Əks Kəşfiyyat İdarəsinin vəzifəli şəxslərinə bəzi məlumatlar bir neçə ay bundan əvvəl çatdırılıb: "Məsələnin nə yerdə olması ilə bağlı bir neçə dəfə maraqlansam da, mənə bildirilmişdi ki, göstərdiyim xüsusiyyətlər üzrə hələ araşdırmalar aparılır və yəqin ki, tez bir zamanda lazım olan addımlar atılacaq.

Qısa olaraq onu qeyd edim ki, Müdafiə Nazirliyinin Bakı yaxınlığındakı hərbi hissələrindən birində xidmət edən konkret adı və soyadı bilinən şəxs cəbhə bölgəsinə, konkret döyüş mövqelərinə getmək üçün müxtəlif yollar arıyıb. Çox qəribədir ki, ona bu işdə yardımçı olan şəxslər tərəfindən o birbaşa döyüş bölgəsinə təyinat alır. Bundan sonra onun hərəkətləri və əməlləri böyük narahatlıqlar və narazılıqlar yaradır. Məhz ona görə də, onun hərəkətlərindən şübhələnən bəzi komandirlər bu adamla bağlı müvafiq addımların atılmasının vacibliyini qeyd etdikdən sonra, tərəfimdən Hərbi Əks Kəşfiyyat İdarəsinin rəhbər şəxslərinə o şəxslə bağlı müvafiq ölçünün götürülməsi xahiş olunmuşdu.

İndi isə məlum olur ki, iradəsi zəif, vətəndaşlıq ruhunu və vətəninə bağlılığını itirmiş bir qrup hərbi qulluqçu və digər mülki şəxslər Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilərək müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə düşmən tərəfinə ötürüblər”.

Ekspert bildirib ki, bu, bir azərbaycanlı zabit kimi ona çox pis təsir edir: "Axı sən necə vicdansız və əqidəsiz olasan ki, qatı düşmənlə əməkdaşlıq edəsən? Baş verənlər bizi bir daha hər bir məsələyə, xüsusən də cəbhə bölgəsi ilə bağlı ən xırda detallara belə ciddi yanaşmağı tələb edir. Biz erməni kimi yaramazlara imkan və fürsət verməməliyik ki, onlar Silahlı Qüvvələrimizi zəiflətmək, gözdən salmaq üçün bəzi nadürüst və vicdansız ünsürlərdən istifadə etsinlər”.






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}