14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Dərslərin sentyabrın 1-dən başlaması təklif olunur
Tarix: 22-05-2017 12:47 | Bölmə: Cəmiyyət / Xəbərlər


"Azərbaycanda dərslərin sentyabrın 1-də başlaması və mayın 25-də tamamlanması vacibdir, zəruridir, qaçılmazdır! Bu istiqamətdə bütün ictimai təşəbbüsləri dəstəkləməyə hazıram”.

Bu təkliflə Milli Məclisin deputatı Fazil Mustafa çıxış edib.

Deputat bildirib ki, bu tarixlər müəllimə də, şagirdə də, valideynə də sərf edər, üstəlik tədrisin keyfiyyətinə də müsbət təsir göstərər.

"Əvvəllər sovet dövründə qəbul imtahanları avqust ayında qurtarırdı, tədris proqramı tələsik də olsa, sentyabrın 1-dən start götürürdü. İndi isə artıq iyul ayına imtahan qalmır, kifayət qədər tədris prosesinə hazırlıq vaxtı yaranır, niyə bu fürsəti qaçırırıq, anlamaq olmur. İyun ayının ortalarına qədər tədrisin uzaldılmasının da ciddi əsaslandırılmasını görmürəm”.

F.Mustafa qeyd edib ki, ölkənin paytaxtı Bakı şəhərində iyun ayında hələ bir neçə il "Formula-1” yarışları keçiriləcək: "Əslində məktəblərin fəaliyyət göstərməsi bu mötəbər yarış üçün də müəyyən çətinliklər yaradır. Hamı məcburdur bu ərəfədə uşağını məktəbə aparsın, tıxac və başqa problemlər qarşıya çıxır. İyun ayında heç effektli dərs də keçirilmir, həm müəllimlər, həm şagirdlər, həm də valideynlər yay müddəti üçün işlərini normal planlaşdıra bilmirlər”.

Xatırladaq ki, hazırda Azərbaycanda dərs ili 15 sentyabrda başlayıb, 15 iyunda yekunlaşır.





Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}