QSC sədrinin müavini işdən çıxarılıb - Nöqsanlara görə
Tarix: 22-05-2017 15:06 | Bölmə: Cəmiyyət


"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti sədrinin birinci müavini Zamiq İsmayılov vəzifəsindən azad olunub. Buna səbəb vəzifəsinin icrasında yol verdiyi nöqsanlar göstərilir.

Qeyd edək ki, o, Azərbaycan Respublikası Prezidentinin 26 noyabr 2015-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC sədrinin birinci müavini təyin edilib.

Z.İsmayılov əmək fəaliyyətinə 1997-ci ildə "Xəzərdənizneftdonanma” İdarəsinin gəmilərində kapitanın köməkçisi kimi başlayıb. 2000-ci ildən "BUE Caspian Limited” şirkətinin Bakı və İstanbul şəhərlərində yerləşən "Ran Shipping” və "Hilal Shippinğ” şirkətlərinin gəmilərində kapitan köməkçisi və kapitan, 2003-cü ildən "Maersk Contractors Servisez” şirkətində əməliyyat menecerinin köməkçisi, 2005-ci ildən "BP-Group Azərbaycan” şirkətində dəniz əməliyyatları üzrə qrup rəhbəri, 2013-cü ildən "Kaspian Marin Servisez Limited” şirkətinin Azərbaycan filialında baş əməliyyat meneceri, 2014-cü ildən isə həmin şirkətin direktoru vəzifələrində çalışıb./Qaynarinfo.az

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}