14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Parlamentə silahlı hücum olub – Ölən və yaralılar var
Tarix: 07-06-2017 11:36 | Bölmə: Cəmiyyət

İran İslam Respublikasının paytaxtı Tehranın cənubunda yerləşən İmam Xomeyni türbəsinə silahlı hücum olub.

İlkin məlumata görə, türbədə partlayış törədilib. Kimliyi məlum olmayan şəxs üzərinə yerləşdirilən partlayıcı qurğunu türbənin qarşısında işə salıb.

Türbəyə hücum edən iki silahlının tutulduğu, hücum nəticəsində yaralananların olduğu dabildirilir.

İranın dövlət televiziyası İmam Xomeyni türbəsinə hücum edənlərin 3 nəfər olduğu barədə məlumat yayıb.

Məlumata görə, onlardan biri öldürülüb, biri dərman ataraq, intihar edib, bir nəfəri isə həbs olunub. Bu məlumatı rəsmi mənbələr hələlik təsdiqləməyib.

Bəzi məlumatlara görə, İmam Xomeyinin türbəsində öldürülən şəxs 35 yaşlı kişidir. Onun məqbərədə fəhlə olduğu deyilir.

Türbəyə hücum zamanı 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

**

Parlament binasında da üzərinə partlayıcı qurğu olan silahlının olduğu bildirilir. O, təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən mühasirəyə alınıb.

Son məlumatlara görə, parlamentdəki atışma nəticəsində bir nəfər həlak olub, biri mühafizəçi olmaqla ən azı üç nəfər yaralanıb.

Hücumun motivləri haqqında heç nə bildirilmir. "Röyters" agentliyinin həmsöhbətinin sözlərinə görə, hazırda təhlükəsizlik xidmətinin əməkdaşları parlamentin içində və ətrafında vəziyyətə nəzarət edirlər. Atışma dayanıb. Silahlıların tutulduğu bildirilir.

***

Millət vəkili İlyas Həzreti İRİB agentliyinə iki kişinin "Kalaşnikov” avtomatı, bir kişinin isə tapança ilə hücum etdiyini bildirib.

"Anadolu” agentliyinin müxbiri isə İran inqilabının lideri Xomeyninin türbəsinin olduğu nöqtədə atışmanın olduğunu xəbər verib. Xəbərə görə, hadisə nəticəsində yaralananlar var.
 




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}