17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Mikayıl Cabbarov Aparat rəhbərini vəzifədən azad edib – Səbəb
Tarix: 12-06-2017 11:11 | Bölmə: Cəmiyyət

Təhsil Nazirliyinin Aparat rəhbəri Fariz Rzayev vəzifəsindən azad olunub.

Bu barədə Report-un sorğusuna cavab olaraq nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

Belə ki, F.Rzayev Birinci vitse-prezidentin Katibliyinin rəisinin müavini vəzifəsinə təyinat alıb.

"Təhsil Nazirliyinin Aparat rəhbəri vəzifəsinə isə hələ ki, təyinat olmayıb", - C.Valehov əlavə edib.

Xatırladaq ki, F.Rzayev Təhsil Nazirliyinin Aparat rəhbəri vəzifəsinə bu ilin yanvar ayında təyin olunmuşdu.

Reyting.az

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}