Universitetlərin yeni idarəetmə modeli yaradılır - Mikayıl Cabbarov
Tarix: 14-06-2017 11:41 | Bölmə: Cəmiyyət


"Biz ölkədə universitetlərin yeni idarəetmə modelini yaradırıq”.

Bunu təhsil naziri Mikayıl Cabbarov "Universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modeli” mövzusunda keçirilən beynəlxalq elmi-praktiki konfransda deyib.

Nazir bildirib ki, müstəqil Azərbaycan dövləti ölkədə elmin idarə edilməsi sistemini müasirləşdirir:

"Azərbaycanın çox güclü və zəngin ənənələrə malik elmi sistemi mövcud olub. Bu gün universitetlər iqtisadi artımın təmin edilməsində olduqca önəmli rol oynayır. Eyni zamanda universitetlər əmək bazarı üçün yeni iş yerləri təklif edir”.

2016-cı ildə Milli Məclis tərəfindən "Elm haqqında” Qanunun qəbulunu mühüm addım kimi qiymətləndirən M.Cabbarov qeyd edib ki, müvafiq Dövlət Proqramı çərçivəsində yüzlərlə azərbaycanlı gənc alim dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil almağa göndərilib.(APA)





Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}