İntihar hadisəsi şairəni çətin vəziyyətlə üzləşdirib
Tarix: 27-06-2017 19:24 | Bölmə: Cəmiyyət / Xəbərlər


Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə Simuzər Baxşıyevanın gəlini Bakı şəhərinin Nəsimi rayonunda yaşadığı binadan özünü ataraq intihar edib. Susana Şərifovanın anası Olqa Alekseyevna Şərifova hüquq-mühafizə orqanlarına müraciət edərək qızının intihar etmədiyini bildirib. O.A.Şərifovanın iddiasına görə, qızı öldürülüb.

O, nəvələri Nərgiz və Nəzrinlə görüşə bilmədiyini və uşaqların onun himayəsinə verilməsini də xahiş edib.

Simuzər Baxşıyeva isə "Reytinq"ə deyib ki, şikayətçi haqlı deyil. Onun sözlərinə görə, baş vermiş faciənin videogörüntüsü də var:

"Bizimlə üzbə-üz binada kamera var. O, özünü atarkən görüntülənib. Həm də oğlum həmin vaxt evdə olmayıb.

Yalvardım-yaxardım Susannaya ki, özünü atma, yazıqsan, balalarına yazığın gəlsin. Ora niyə çıxmısan? Əhəmiyyət vermədi.

O, bir dəfə qışqıraydı ki, məni incidirlər, işgəncə verirlər, bu üzdən özümü atıram.

Yəni bu adam heç vaxt qışqırmayıb, çıxıb orada 15 dəqiqə "şou" göstərdi, sonra da ayağı sürüşdü... Əlimi uzatdım ki, tut məndən, büdrədi və sürüşüb yıxıldı.

Hər kəs onun binadan necə yıxıldığını gördü. Onlar balkonun o tərəfində idi. O, sadəcə olaraq özü-özünü qəzaya saldı.

Susannanın valideynləri iddia edir ki, guya mənim oğlum ona işgəncə verib.

Bunlar 2009-cu ildə evləniblər. 2010-cu ildən 2011-ci ilə kimi Avropaya səyahət edib, orada yaşayıblar. Bundan əlavə, bir il də Türkiyədə yaşayıblar.

Uşağın biri Bakıda doğulub. Ondan sonra gəlin oğlumu atıb getdi. İki ilə yaxın evinə-ocağına qayıtmadı. İki ildən sonra yenidən bu evə qayıtdı. Oğlum da onu uşağa görə qəbul elədi. Halbuki heç bir kişi belə arvadı qəbul etməzdi".

S.Baxşıyeva deyir ki, gəlini iki ildən sonra yenidən ana olub: "Əgər o, doğrudan da işgəncələrə məruz qalırdısa, ikinci dəfə bu evə qayıdıb ana olardımı?

O, mənim evimdə gözəl gün keçirib, buna qonşular da şahiddir. Evimə gəlib-gedənlər də onun necə bir həyat sürdüyünü görüblər.

Yazırlar ki, guya onlar maddi sıxıntı çəkiblər. Evimin yanında iki mağaza var, onlardan soruşun, görün onlar həmin mağazadan nə qədər alış-veriş edirdilər. Hər şey alırdılar, mən də onların hesabını verirdim.

Mənim evimdə ona işgəncə verilməyib. Onun beyni pozuldu, psixoloji problemləri yarandı... Buna mən nə edim?".

S.Baxşıyevanın sözlərinə görə, mərhum gəlininin valideyni deyir ki, guya Susannanı balkondan biz atmışıq:

"Oğlum niyə onu atmalıdır? Bu necə ola bilər? Hansı vicdansız qadın onu itələyib yerə atar? Gəlsinlər, sübut eləsinlər.

Mən heç ona yaxın dura bilmədim. Onlar qızlarına tərbiyə vermədilər. Bilirsiniz, bu niyə baş verdi? Onun iki bacısı var, pozğundur. Biri kirayədə yaşayır, salonda işləyir, o biri də onun yanında. Anaları da rus... Bunlara tərbiyə verməyib. Mən isə Susannanı tərbiyə edirdim. Susannanın beynini bunlar pozdu, hər dəqiqə onu evdən qaçırırdılar. Deyirdilər ki, get polisə, Əbülfəzi həbs etdir, uşağını da götür, çıx evdən.

O kimdir ki, mənim uşaqlarıma iddia eləsin? Sənin onu saxlamağa imkanın var? Mənim uşaqlarım burda doğulub, nəvələrimdir, ataları var.

Elə hey deyirdilər ki, "kimdir sənin qaynanan, biz sənin arxanıq. Oğlum isə uşağına görə dözürdü. Mənim oğlum bu illər ərzində bütün zülmlərə dözdü. İndi isə təqsiri olmadan tutublar.

Uşaqları bütün günü ağlayır ki, hanı mənim atam? Niyə gəlmir?".

O.A.Şərifovanın uşaqların ondan gizlədilməsi iddiasına gəldikdə, müsahibimiz deyib ki, o, əks tərəfə belə bir maneə yaratmır:

"Gəlin, uşaqlardan soruşun ki, onlarla yaşamaq istəyirlər, ya yox? O ailəyə uşaq vermək olmaz. Əslində isə mən onlara icazə verdim. İcra hakimiyyətində yazdım ki, nənə istədiyi vaxt gəlib nəvələrini görə bilər. Amma aparmağa izacə vermədim. Uşağın atası var, o, uşaqların onlarla yaşamasına icazə vermir. Çünki o ailədə pozğun var.

Qız anasıdır, getsin işi ilə məşğul olsun. 5 otaqlı evim ola-ola nəvələrim gedib onların güncündə yaşamalıdır? Mən və oğlum buna imkan vermərik.

Onlar Susannanın bu evdə gəlin olmasına imkan vermədilər. O, özünü atmaq istəmirdi. 10 dəqiqə balkondan asılı qaldı. Hansı ağıllı ana 7 aylıq uşağı qoyub özünü atardı?

Mən o ailənin əxlaqsız əməllərini ifşa edəcəyəm. Çünki onların hərəkəti Susannaya da təsir etdi".

Şairə sonda qeyd edib ki, hətta oğlu da həyat yoldaşına bacıları ilə görüşmək üçün icazə vermirmiş:

"Hamı məni tanıyır. Mən dünyasında belə hərəkət etmərəm. Onun əlləri hər yerdən üzüldüyündən məndən yapışıb. Nə yaxşı ki, kamera var, hər şey ora düşüb. Yəqin ki, sonda haqq-ədalət bərpa olunacaq".

Reyting.az





Bölməyə aid digər xəbərlər
11-04-2024, 18:09 Bakıda qətl törədilib
10-04-2024, 12:15 Sabah yağış yağacaq

{sape_links}{sape_article}