Təhsil İdarəsi: 5 məzunumuz 700 bal toplayıb
Tarix: 03-08-2017 13:03 | Bölmə: Cəmiyyət


Bakı məktəblərinin məzunları bu il ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstəriblər.

Reyting.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildiriblər ki, paytaxtın ümumi təhsil müəssisələrinin 5 məzunu bütün test suallarını düzgün cavablandıraraq 700 bal toplayıb.

Onlar Bakı şəhərindəki Etibar Əliyev adına 162 nömrəli məktəbin məzunu Mahirə Məhəbbət qızı Əsədzadə, 220 nömrəli məktəb-liseyin məzunu Xalidə Vüqar qızı Əliyeva, Pərviz İsmayılov adına 278 nömrəli tam orta məktəbin məzunu Pərvin Mətləb qızı Əhmədova, Rövşən Nəsirov adına 111 nömrəli tam orta məktəbin məzunu İlhamə Ramil qızı Hüseynova və 287 nömrəli "Zəkalar” liseyinin məzunu Nemət Kamran oğlu Yusifovdur.

Qeyd edək ki, bu il ümumilikdə Azərbaycanda ali məktəblərə qəbul imtahanlarında I, II, III və IV ixtisas qrupları üzrə 15 nəfər 700 bal toplayıb.

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}