07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Əli Həsənovun nəvəsinə məxsus avtomobillə qəza törədilib – Ölənlər var + Fotolar
Tarix: 04-08-2017 11:43 | Bölmə: Cəmiyyət


Dünən axşam saatlarında Bakı şəhərində iki nəfərin ölümü və iki nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Reyting.az saytı APA-ya istinadla xəbər verir ki, "Mercedes Gelandewagen” markalı avtomobil paytaxtın Heydər Əliyev prospekti ilə yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib və arxadan "VAZ 21015” markalı avtomobilə çırpılıb.

Daha sonra "Mercedes Gelandewagen” yolun kənarındakı maneəni aşaraq köməkçi yola keçib və yanmağa başlayıb.

Qəza zamanı piyadalar da vurulub.

Ölkə KİV-ləri isə baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin qəzaya uğrayan avtomobildə çəkilmiş fotolarını yayıb.

Virtualaz.org bildirir ki, qəzaya uğrayan "Mercedes Galendevagen" avtomobili Əli Həsənovun nəvəsinə məxsusdur.

APA-nın məlumatına görə isə, yol-nəqliyyat hadisəsi zamanı baş nazir mavininin nəvəsinin sürücüsü Mehdi Əliyev və piyada Vaqif Əsədov həlak olublar.

Hadisə baş verən zaman yol kənarında duran daha iki piyada, Türkiyə vətəndaşları – Mutallib Tekiş və Songül Tekiş xəsarət alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər.

Nərimanov rayon Polis İdarəsindən bildirilib ki, baş vermiş qəza hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma – iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

 

 

Reyting.az





Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}