23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Komitə əməkdaşları Zəhra Quliyevanın məzarını ziyarət ediblər – Fotolar
Tarix: 14-08-2017 11:39 | Bölmə: Cəmiyyət


İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri və səlahiyyətli şəxsi Elşad Həmidov başda olmaqla, komitə üzvləri Füzuli rayonunun Alıxanlı kəndində erməni faşizminin qurbanı olmuş yaş yarımlıq Zəhra Quliyeva və onun nənəsi Sahibə Quliyevanın qırx mərasimində iştirak ediblər.

Komitədən Reyting.az-a verilən məlumata görə, Zəhra Quliyevanın valideyinləri ilə görüşən komitə rəsmiləri onun məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.

Komitə sədri E.Həmidov Zəhra balamızın məzarı önündə çıxış edərək bildirib ki, Ali Baş Komandanımız cənab İlham Əliyevin qətiyyəti sayəsində Zəhra balamızla birgə Xocalı soyqırımının günahsız qurbanlarının qisasının alınmasına çox az qalıb. "Artıq xalqımız həmrəy olaraq möhtərəm Prezidentimiz və Ali Baş Komandanımız İlham Heydər oğlu Əliyevin ətrafında sıx birləşib və torpaqlarımızı azad etmək qudrətindədir”,- deyə E.Həmidov bildirib.

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədr müavini Gülnarə Həmidova Zəhra Quliyevanın məzarını ziyarət edərkən bildirib ki, bu gün dövlətimizin çox güclü orduya malik olmasına baxmayaraq, Xocalı faciəsi zamanı neçə-neçə Zəhra balalarımızın qisasını almaqdan ötəri Nigar, Həcər qeyrətli qız-gəlinlərimiz silaha sarılıb erməni faşizmindən günü bu gün qisasımızı almağa hazırıq. "Biz inanırıq ki, o gün çox yaxındadır. Əli körpə qanına bulaşmış cinayətkar ermənilərin sonuna az qalıb”,- deyə G.Həmidova qeyd edib.

Zəhra balanın məzarı önünə çiçəklər düzən komitə rəsmiləri bir daha onun valideyinlərinə səbrli olmağı, mətin dayanmağı tövsiyə ediblər.

Qeyd edək ki, qırx mərasimində komitə rəsmilərindən Rafael Quliyev, Telman Mirzəyev, Gulnarə Həmidova, Dilafət Xəlilov, Rauf Sultanov, Şəmistan Qabilzadə, Tariyel Quliyev, İxtiyar Məmmədov, Fərhad Məmmədov, Tehran Tənəliyev, Nəsib Abdinov, Səyyad Əsgərov və Təbrizdən olan Komitənin qonaqları Vahid Huşəngi və Əli Bəyani də iştirak ediblər.








Bölməyə aid digər xəbərlər
Dünən, 12:54 Sabah yağış yağacaq
17-03-2024, 14:32 Sabah yağış yağacaq

{sape_links}{sape_article}