Altı ali məktəb Bakıdan köçürüləcək – Siyahı
Tarix: 22-08-2017 12:43 | Bölmə: Cəmiyyət
Altı ali məktəb Bakıdan köçürüləcək
Paytaxtda sıxlığın aradan qaldırılması planlaşdırılır. Bu səbəbdən Qəbələ rayonunda ali məktəblər üçün yeni və müasir binalar inşa olunur. Gələcək plana görə, Bakıda yerləşən bəzi universitetlər bu şəhərə köçürüləcək.
Reyting.az-ın məlumatına görə, belə bir iddia ilə axar.az saytı çıxış edib.
Bakının mərkəzindəki ali təhsil müəssisələrinin paytaxtdan çıxarılmasının nəzərdə tutulduğunu yazan sayt bu siyahıya Dövlət Tibb Universiteti, Pedaqoji Universitet, Texniki Universitet, Memarlıq və İnşaat Universiteti, İqtisad Universiteti və digərlərinin daxil olduğunu bildirir.
Dövlət Neft Akademiyasının da köçürülməsi planda olsa da, yeri məlum deyil.
İddialara görə, universitetlərdən bəziləri şəhər kənarına, bəziləri isə Qəbələyə köçürüləcək, BDU isə Bakıda qalacaq.
Xatırladaq ki, dünyanın böyük meqapolislərində ali təhsil müəssisələri paytaxtın mərkəzində yerləşmir. Bu, həm tələbələrin mikromühitinin formalaşması, həm də şəhərin sıxlığının azalması baxımından əhəmiyyətli sayılır.
Təhsil Nazirliyindən saytın sorğusuna cavabda bildiriblər ki, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda kampusların (kampus - müvafiq maddi texniki bazaya və infrastuktura malik təhsil kompleksi və şəhərciyi - red.) yaradılması tədbirlərinin təşviqi nəzərdə tutulur.
“Hazırda Dövlət Strategiyasının icrası ilə əlaqədar Fəaliyyət Planı hazırlanır. Fəaliyyət Planı təsdiq olunduqdan sonra nəzərdə tutulan tədbirlərin icrasına başlanılacaqdır”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}