8651 nəfər peşə-ixtisas təhsili müəssisələrinə qəbul olub - Təhsil Nazirliyi
Tarix: 23-08-2017 12:30 | Bölmə: Cəmiyyət
8651 nəfər peşə-ixtisas təhsili müəssisələrinə qəbul olub
2017-2018-ci tədris ili üzrə “ASAN peşə” layihəsi çərçivəsində ilk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başa çatıb.
Təhsil Nazirliyindən verilən xəbərə görə, 1-22 avqust tarixlərində keçirilən birinci mərhələdə 8651 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunub.
İxtisas seçimindən müvəffəqiyyətlə keçən şəxslər lazımi sənədləri 23-27 avqust tarixlərində (şənbə və bazar günləri daxil olmaqla) qəbul olunduqları ilk peşə-ixtisas təhsili müəssisəsinə təqdim etməlidirlər. “Asan peşə” layihəsi üzrə boş qalan yerlərə əlavə ixtisas seçiminə avqustun 28-dən start veriləcək.
İlk peşə-ixtisas təhsili müəssisələrinə ərizə qəbulu "ASAN Xidmət” mərkəzlərinin və müvafiq təhsil müəssisələrinin sənəd qəbulu komissiyalarında ödənişsiz formada həyata keçirilib. Sənəd qəbulunda 10 min 277 nəfər qeydiyyatdan keçib.
Ötən tədris ilindən başlayaraq Təhsil Nazirliyi və “ASAN Xidmət”in birgə həyata keçirdiyi “ASAN peşə” layihəsinin əsas məqsədi dövlət ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbulun rahatlığını və obyektivliyini təmin etməkdir.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}