Silah anbarında güclü partlayış olub - Yaralılar var - Əhali köçürülür
Tarix: 27-08-2017 14:50 | Bölmə: Cəmiyyət
Silah anbarında güclü partlayış olub - Yaralılar var
Azərbaycandakı hərbi hissələrdən birinin silah anbarında baş vermiş partlayışla əlaqədar hadisə yerinə 10 təcili tibbi yardım briqadası göndərilib.
Reyting.az-ın xəbərinə görə, Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mirələm Cəlalov APA-ya deyib ki, partlayışla müşayiət olunan yanğın davam etdiyindən təcili yardım maşınları əraziyə buraxılmır.

Hadisə nəticəsində yaralıların olduğunu deyən M.Cəlalov ehtiyac yaranacağı təqdirdə əraziyə əlavə briqadalar göndəriləcəyini bildirib.
**
Sonradan verilən məlumatda bildirilib ki, baş vermiş partlayış nəticəsində altı nəfər yaralanıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova bildirib ki, onların hamısında qəlpə yaraları var.
Hadisə yerindən götürülən yaralılar Siyəzən Diaqnostika Mərkəzinə aparılıb. Onların yaraları yüngüldür.
Siyəzən Diaqnostika Mərkəzindən bildirilib ki, artıq yaralılara tibbi yardım göstərilməsinə başlanılıb.
**
Hadisəyə yaxın yaşayış məntəqələrindən əhali evakuasiya olunduğu da verilən məlumatlar sırasındadır. Bu, əhalinin təhlükəsizliyi məqsədilə edilir.
Xızı rayonunun yerli icra hakimiyyəti orqanlarından bildiriblər ki, yerli əhali arasında ölən və yaralananlar barədə məlumat yoxdur. Silah anbarında partlayış nəticəsində uçuşan mərmilər ətrafa yayılıb.

Mərmilərin düşməsi nəticəsində Güləzi qəsəbəsində bir neçə evdə yanğın baş verib. Yanğınsöndürənlər yanğının söndürülməsi üçün tədbirlər görür.
Mərmilərin düşməsi nəticəsində Xızı və Siyəzən rayonlarının bəzi boş ərazilərində də bir neçə yerdə yanğın olub.
Yanğınların qarşısı alınır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}