07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Allahşükür Paşazadə ermənilərin katolikosu ilə görüşəcək - Moskvada
Tarix: 28-08-2017 12:53 | Bölmə: Cəmiyyət
Allahşükür Paşazadə ermənilərin katolikosu ilə görüşəcək

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə ilə bütün ermənilərin katolikosu II Qareginin görüşü olacaq.

Erməni KİV-lərinin məlumatına görə, Eçmiədzin kilsəsinin mətbuat katibi Vaqram Melikyan bildirib ki, görüş sentyabrın 8-i Moskvada keçiriləcək.

Görüşü Moskva və bütün Rusiyanın patriarxı Kirill təşkil edir.

Görüşdə əsasən Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsinin aparılacağı bildirilir.

Dini liderlər münaqişənin dini müstəviyə keçməməsi, o cümlədən münaqişə ilə əlaqədar baş verən gərginliklərin təkrarlanmaması, problemin həllinə dini liderlərin hansı töhfələri verə biləcəyinə dair məsələləri müzakirə edəcəklər.
Qeyd edək ki, əvvəllər də dini liderlərin bu formatda görüşləri keçirilib.

Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 7-də Moskvaya yola düşəcək.(APA)




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}