Mikayıl Cabbarov: “İmtahanlarda yeniliklər olacaq”
Tarix: 11-09-2017 16:54 | Bölmə: Cəmiyyət
Mikayıl Cabbarov: “İmtahanlarda yeniliklər olacaq”

“Azərbaycanda iki il sonra qəbul və buraxılış imtahanlarında tətbiq ediləcək yeni modelin hazırlanması istiqamətində işçi görüş keçirilib”.

Reyting.az-ın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov bildirib ki, sentyabrın 9-da Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, təhsil nazirinin müavini, DİM-in Direktorlar Şurasının üzvü Ceyhun Bayramov və digər təhsil ekspertlərinin iştirakı ilə işçi görüş təşkil olunub. Onun sözlərinə görə, ictimaiyyət bu prosesin mərhələləri ilə bağlı məlumatlandırılacaq.

Nazir qeyd edib ki, təklif olunan formata dair məlumatlar ictimaiyyətə açıqlanacaq:

“Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi imtahanlarda tətbiq olunacaq yeniliklə bağlı birlikdə işlər aparır. Azərbaycanın məktəblərində 9 il öncə yeni proqram - kurikkulum tətbiq edilib. Layihənin əsas məqsədi gənclərin, məktəb məzunlarının bilik və bacarıqlarının qiymətləndirilməsi prosesini daha da təkmilləşdirmək, asanlaşdırmaq və şəffaf etməkdən ibarətdir. Bu istiqamətdə işlər daima həyata keçirilir”.(Mənbə: APA)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}