07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Bakıya gələn sərnişin gəmisini partlatmaq istəyiblər
Tarix: 12-09-2017 13:33 | Bölmə: Cəmiyyət
Bakıya gələn sərnişin gəmisini partlatmaq istəyiblər

Türkmənistan xüsusi xidmət orqanları ölkənin Türkmənbaşı şəhərindən Bakıya gələn sərnişin bərəsində terror aktının qarşısını alıb.

Ad və soyadları açıqlanmayan Türkmənistan vətəndaşı olan iki qardaş bərəyə partlayıcı qurğu keçirməyə cəhd göstərərkən tutulublar. (Report)

Məlumata görə, qardaşlar əvvəldən müxtəlif istiqamətlərə bilet alıblar. Sonda Bakıya gələn bərəyə miniblər. Onlar partlayıcını hissə-hissə bərəyə daşıyıraq, bombanı onun göyərtəsinə yığmağı planlaşdırıbmışlar. İnformasiyaya əsasən, partlayış Türkmənistanın su ərazisində törədilməli imiş.

Həmin gün bərədə 170-ə yaxın sərnişin və Türkiyə şirkətinə məxsus yük avtomobiləri olub.

Məlumata görə, xüsusi xidmət orqanları terror aktının törədiləcəyini əvvəlcədən bilirmiş.

Partlayışın qarşısının alınma əməliyyatı avqustun 28-də keçirilsə də, məlumat sentyabrın 12-də yayılıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}