Rusiya polisi azərbaycanlı çempionun yas məclisini dağıdıb - Saxlanılanlar var
Tarix: 12-09-2017 13:47 | Bölmə: Cəmiyyət
Rusiya polisi azərbaycanlı çempionun yas məclisini dağıdıb

Rusiyanın Çelyabinsk şəhərində azərbaycanlıların məşhur “Bakinskiy dvor” restoranına sentyabrın 9-da OMON xüsusi təyinatlı polislərinin basqını və 200-ə qədər azərbaycanlını saxlamasının təfərrüatları məlum olub.

Əvvəlcə restorandakı toplantının “kriminal sxodka” olduğu bildirilsə də, məlum olub ki, əslində orada basqından bir gün əvvəl güllələnmiş azərbaycanlı idmançı-kiqboksinq ustası və bu idman növü üzrə Dünya Çempionatının mükafatçısı, 25 yaşlı Ramil Canıyevin yas məclisi keçirilirmiş.(Virtualaz.org)

Xatırladaq ki, Ramil Canıyev sentyabrın 8-də yaşadığı evin qarşısında güllələnib. Qətldə onun tanışı, Troitsk şəhərində yaşayan 26 yaşlı Eldəniz Vəliyev şübhəli bilinir. R.Canıyevin dostunun dediyinə görə, o, evin qarşısındakı kolluqda gizlənib və ov tüfəngindən idmançıya atəş açıb. Daha sonra avtomobillə hadisə yerindən uzaqlaşıb. Qətlin motivi kimi Canıyevlə Vəliyev arasında bir müddət əvvəl baş vermiş mübahisə göstərilir.

Canıyevin Heydər adlı dostu deyir ki, qətli törədinin Eldəniz Vəliyev olduğunu qonşuluqda yaşayan qadın da görüb. “Eldəniz həmin gündən telefonunu söndürüb, gizlənir. “QAİ” şəhərdə avtomobilləri saxlayır, onu axtarır. Biz bilmirik ki, onu bu cinayətə nə sövq edib, ola bilsin kimsə qızışdırıb”,- Heydər telefakt.ru saytına deyib.

Ertəsi gün-sentyabrın 9-da R.Canıyevin yaxınları “Bakinskiy dvor” restoranına onun yas məclisinə toplaşıblar. Bu zaman polis restorana basqın edib, toplaşanları döşəməyə uzadıb və daha sonra onları polis bölməsinə aparıblar. “Kim fikirləşib ki, orada hansısa “kriminal sxodka” keçirilir, anlamırıq. Çoxunun əllərini bağlayıblar, o cümlədən Ramilin atasının. Sonra bölmədə deyirlər ki, bilməmişik”,- Heydər bildirir.

Rusiya polisi azərbaycanlı çempionun yas məclisini dağıdıb

Ramil Canıyevin yaxınlarının bildirdiyinə görə, qətllə bağlı cinayət işində Eldəniz Vəliyevin adı keçmir, lakin onun əlamətləri bütün polis bölmələrinə göndərilib. Rəsmi olaraq bu şəxsi qətllə bağlı hansısa informasiyaya malik ola biləcəyinə görə axtarırlar. Canıyevi isə Azərbaycanda, doğulduğu Cəlilabad rayonunda dəfn edəcəklər. Onun cənazəsinin Azərbaycana gətirilməsi üçün hazırlıqlar görülür.

Polis bildirir ki, sentyabrın 9-da “Bakinskiy dvor” restoranında “miqrasiya qanunvericiliyini pozan şəxslərin saxlanılması üçün” əməliyyat keçirilib, 50-dən çox adam saxlanılıb. Onların ifadələri alındıqdan sonra buraxılıblar.

Lakin URA.ru restorana OMON-çuların basqını haqda təfərrüatları çatdırır. Saxlanılanlardan birinin anonimlik şərti ilə bildirdiyinə görə, baş verənlər qətiyyən profilaktik tədbirə oxşamırdı. "Yas məclisi gedirdi, polis içəri basqın etdi, havaya atəş açdılar. Dedilər ki, cinayətkarları axtarırlar. Gəncləri və yaşlıları döşəməyə uzatdılar, təpikləməyə başladılar. Sonra hamını bir ucdan maşınlara doldurdular, elə bil insan yox, heyvan aparırdılar. Cəmi 200-dən çox adam apardılar. Hətta öldürülən gəncin atasını da. Hamısı Rusiya vətəndaşları idi, sənədlərini təqdim etsələr də baxan olmadı. İnsanlara bu cür itki üz verib, gənc oğlanı güllələyiblər. Cinayətkarı axtarmaq əvəzinə yas məclisini dağıdırlar, sonra isə şikayət edirlər ki, onlara hörmət etmirlər”,- həmin şəxs deyib.

Rusiya polisi azərbaycanlı çempionun yas məclisini dağıdıb

Restoranın Zilya adlı ofisiantı da deyilənləri təsdiq edib:

“OMON gəldi, atəş açmağa başladılar, sonra zala girib hamını döşəməyə uzatdılar, döydülər. Bizə mətbəxdəkilərə heç kim toxunmadı, ancaq girib baxdılar ki, kim var, kim yox. Telefonlarımıza baxdılar, tapşırdılar ki, çəkdiyimiz kadrları silək. Saxlanılanlardan bir neçəsi müqavimət göstərməyə çalışdı. Bəzilərinə elə zala girən kimi döyməyə başladılar. Hazırda restoran bağlıdır, yaxın vaxtlarda da açılmayacaq”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}