16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
DTX və DİN radikallara qarşı əməliyyat keçirib - Saxlanılanlar var
Tarix: 13-09-2017 12:54 | Bölmə: Cəmiyyət
DTX və DİN radikallara qarşı əməliyyat keçirib

Qəbələ Rayon Polis Şöbəsi və Dövlət Təhlükəsizliyi Xİdmətinin Rayon Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 12-də dini radikalizmi təbliğ etməkdə şübhəli bilinən Vəndam qəsəbə sakinləri Bəhruz Qasımovun və Elman Tahirovun evlərinə baxış zamanı oradan yayılması qanunla qadağan olunmuş ümumilikdə 77 ədəd dini təyinatlı ədəbiyyat, 11 ədəd video və audiokaset, 14 ədəd CD disk və 1 ədəd kustar üsulla hazırlanmış xəncər aşkar edilərək götürülüb.

Reyting.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, B.Qasımov və E.Tahirov Qəbələ Rayon Polis Şöbəsinə gətirilərək izahatları alınıb, götürülmüş əşyalar ekspert rəyi alınması üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə göndərilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}