07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Komitə üzvləri qanvermə aksiyasına qoşulub
Tarix: 01-10-2017 18:24 | Bölmə: Cəmiyyət / Xəbərlər
Komitə üzvləri qanvermə aksiyasına qoşulub

Bu gün Aşura günü ilə əlaqədar olaraq Azərbaycanda qanvermə aksiyası keçirilib.

Reyting.az-a daxil olan məlumata görə, bu nəcib əmələ “İşgəncələrə Qarşı Azərbaycan Komitəsi”nin üzvləri də qoşularaq qanvermə aksiyasında iştirak ediblər.

Komitənin məlumatında bildirilir ki, “İşgəncələrə Qarşı Azərbaycan Komitəsi”nin sədri Elşad Həmidovun başçılığı ilə komitənin üzvləri Telman Mirzəyev, Rafael Quliyev, Ramin Hüseynov, Samir Əzimov, Gülnara Həmidova, Emil Səttarov və başqaları ehtiyacı olan insanlar üçün qan veriblər.

Qeyd edək ki B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva APA-ya bildirib ki, saat 12.00-a qədər Azərbaycan üzrə 2500-dən çox insan qan verib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}