Gəncənin icra başçısı modabazlıq edir – Kolleksiya
Tarix: 02-10-2017 12:04 | Bölmə: Cəmiyyət
Gəncənin icra başçısı modabazlıq edir

Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev dəbli geyimlər həvəskarıymış. Hətta onun bahalı geyim kolleksiyasını haradan alması da məlum olub.

Məlumata görə, modabaz icra başçısı Bakının ən bahalı kişi geyimləri mağazası sayılan "Stefano Ricci" markasından istifadə edirmiş.

Reyting.az-ın xəbərinə görə, unikal.org saytı icra başçısının geyimlərinin qiymətini də təqdim edib.

"Stefano Ricci" brendində satılan kostyumun qiyməti -13 500 manat, ayaqqabının qiyməti - 8 600 manat, vitrovka kurtkanın qiyməti – 11 000 manat, qalstukun qiyməti - 720 manat, köynəyin qiyməti - 2050 manat təşkil edir.

Məlumatda qeyd edilir ki, icra başçısı hər dəfə üst geyimini təzələmək üçün ən azı 36 min manat xərcləməli olur.

Modabaz icra başçısının bahalı geyimlər üçün hər dəfə minimum 36 min manat xərclədiyi bildirilsə də, həmin vəsaiti haradan almasına, bu qədər pulu necə qazanmasına toxunulmur. Təbii ki, aldığı məvaciblə bu xərci qarşılamaq mümkün deyildir. Belə olduqda ortaya haqlı sual çıxır: Görəsən, cənab Vəliyev bu vəsaiti dövlət büdcəsindən oğurlamır ki?

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}