Yeni təyin olunan məktəb direktorları işdən çıxarılıb – Siyahı
Tarix: 10-10-2017 14:30 | Bölmə: Cəmiyyət
Yeni təyin olunan məktəb direktorları işdən çıxarılıb

Bir müddət öncə birləşdirilərək yenidən yaradılan məktəbdənkənar təhsil müəssisələrinə direktor təyinatları ilə bağlı ölkə KİV-ləri məlumat vermişdi.

Məlumatda bildirilirdi ki, Sumqayıt şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinə boks üzrə əməkdar məşqçi, beynəlxalq dərəcəli hakim Qismət Novruzov, Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinə Cəmilə Məmmədova, Sumqayıt şəhər 2 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinə isə Cəmilə Fəyyaz direktor təyin olunublar.

Bu gün isə, direktor təyin olunmalarının bir ayı tamam olmamış sözgedən şəxslər tutduqları vəzifədən azad olunublar.

Reyting.az saytı xeberle.com-a istinadla xəbər verir ki, Sumqayıt şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinə Teymur Qafarov, Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinə Fariz Orduxanov, Sumqayıt şəhər 2 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinə Əntiqə Rzayeva 3 ay müddətinə direktor təyin olunublar.

Qeyd olunur ki, T.Qafarov bu təyinata qədər "Təhsil” İdman Mərkəzinin, F.Orduxanov Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin, Ə.Rzayeva isə Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzinin direktoru vəzifəsində çalışıb.

Xatırladaq ki, təhsil naziri Mikayıl Cabbarovun "Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrinin rasionallaşdırılması barədə” imzaladığı əmrə əsasən Sumqayıtda fəaliyyət göstərən məktəbdənkənar müəssisələri birləşdirilib.

Belə ki, Sumqayıt şəhər Uşaq-Gənclər Şahmat Məktəbi və Sumqayıt şəhər 2 saylı Uşaq-Gənclər İdman Məktəbi birləşdirilərək onların bazasında Sumqayıt şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbi yaradılıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}