Vergilər naziri baş direktor təyin edib
Tarix: 20-10-2017 15:12 | Bölmə: Cəmiyyət
Vergilər naziri baş direktor təyin edib

Azərbaycan Vergilər Nazirliyində yeni təyinat olub.

Reyting.az saytı Report-a istinadla xəbər verir ki, nazirliyin Daxili Təhlükəsizlik Departamentinə yeni baş direktor təyin edilib.

Məlumata görə, nazir Fazil Məmmədovun əmri ilə bu vəzifəyə baş vergi xidməti müşaviri Cavanşir Eldar oğlu Nuriyev təsdiq olunub.

Qeyd edək ki, o, bundan əvvəl nazirliyin Hüquq Departamentinin baş direktor müavini vəzifəsində çalışıb.

Xatırladaq ki, Vergilər Nazirliyinin Daxili Təhlükəsizlik Departamentin baş direktoru Vüqar İsmət oğlu İsmayılov olub.

Vergilər naziri baş direktor təyin edib




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}