16:23 / 16-04-2024
"Tiktoker Semka" həbs olunub
Təhsil müsabiqəsinin birinci mərhələsi başa çatıb
Tarix: 23-10-2017 14:29 | Bölmə: Cəmiyyət / Xəbərlər
Təhsil müsabiqəsinin birinci mərhələsi başa çatıb

Təhsildə informasiya texnologiyalarının tətbiqinə həsr olunmuş “Elektron təhsil” Respublika müsabiqəsinin birinci mərhələsi başa çatıb. Bu mərhələ üzrə 703 layihə təqdim olunub. Onlardan 59-u müsabiqənin şərtlərinə uyğun olmayıb və yekun olaraq 644 layihə qəbul edilib. Layihələrin 362-i müəllimlər, 268-i şagirdlər, 14-ü isə tələbələr tərəfindən göndərilib.

Reyting.az saytı Təhsil Nazirliyinə istinadla xəbər verir ki, layihələr ümumi mərhələdə müəyyən olunmuş meyarlar üzrə qiymətləndirilmək üçün müsabiqənin Ekspert Komissiyasına təqdim edilib. İkinci mərhələnin nəticəsi və nominantların adları cari ilin noyabr ayında elan ediləcəkdir.

“Elektron təhsil” Respublika müsabiqəsi “Müəllim”, “Şagird” və “Tələbə” istiqamətləri üzrə 6 nominasiyada təşkil olunub.

Müsabiqənin əsas məqsədi tədris prosesində informasiya texnologiyalarına əsaslanan yenilikçi tədris üsullarını təşviq etməkdir. Müsabiqə müəllim, şagird və tələbələr tərəfindən yaradılmış elektron tədris vəsaitlərini geniş istifadəçi auditoriyasına tanıtmağa, tədris prosesində İKT-dən və elektron resurslardan fəal istifadə imkanlarını genişləndirməyə şərait yaradır.

Müsabiqə “AzEduNet”, “Ultra”, “Edumedia Azərbaycan”, “Nar” mobil operatoru və "Təhsildə İnnovativ Texnologiylar" əlavə təhsil mərkəzi tərəfindən dəstəklənir.

Müsabiqə qaliblərinə noutbuk, planşet, printer və digər xüsusi mükafatlar təqdim olunacaqdır.




Bölməyə aid digər xəbərlər
11-04-2024, 18:09 Bakıda qətl törədilib
10-04-2024, 12:15 Sabah yağış yağacaq

{sape_links}{sape_article}