17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Təhsildə yaş həddi ləğv edilir – Dəyişiklik
Tarix: 24-10-2017 14:14 | Bölmə: Cəmiyyət / Xəbərlər
Təhsildə yaş həddi ləğv edilir

Azərbaycanın Əmək Məcəlləsinə dəyişikliklər ediləcək.

Məlumata görə, Məcəllənin 4-cü maddəsinə (bu Məcəllənin tətbiq edildiyi iş yerləri) edilən dəyişiklikdə göstərilib ki, Azərbaycan Respublikasının qanunlarında müəyyən edilmiş dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi elmi müəssisə və təşkilatlar, ali təhsil müəssisələrinə şamil edilmir.

Həmçinin, 65-ci maddəyə (İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri) edilən dəyişikliyə görə, yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər. Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər.

Məcəlləyə dəyişiklik Milli Məclisin oktyabrın 31-də keçirilən iclasında müzakirə ediləcək.




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}