Kəşfiyyat və təhlükəsizlik xidmətlərinə əlavə səlahiyyət verilib - Fərman
Tarix: 29-10-2017 13:58 | Bölmə: Cəmiyyət
Kəşfiyyat və təhlükəsizlik xidmətlərinə əlavə səlahiyyət verilib

Azərbaycan prezidenti İlham Əliyev "Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2017-ci il 2 oktyabr tarixli qanunun tətbiqi barədə fərman imzalayıb.

Reyting.az-ın məlumatına görə, hazırda qüvvədə olan çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatı onların yaşayış yeri üzrə, 3 aydan artıq müddətə yaşayış yerini dəyişdirdikdə isə olduğu yer üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən aparılır.

Dəyişikliyə əsasən, Xarici Kəşfiyyat Xidməti və Dövlət Təhlükəsizliyi Xidməti subyekt olaraq dövlət sirrini təşkil edən məlumatlara malik olduğu üçün bu orqanlarda xidmət edənlər sabiq xidmətçilərə çevriləndən sonra onlar barəsində qeydiyyat artıq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən deyil, məhz çalışdıqları orqanın siyahısı ilə aparılacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}