Sumqayıt və Xızıda silah-sursat aşkarlanıb - Fotolar
Tarix: 29-10-2017 14:17 | Bölmə: Cəmiyyət
Sumqayıt və Xızıda silah-sursat aşkarlanıb

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) oktyabrın 28-də Sumqayıt şəhərində keçirilmiş təcili təxirəsalınmaz əməliyyat barədə operativ məlumat yayıb.

ANAMA-dan verilən məlumata görə, oktyabrın 28-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Sumqayıt şəhərində silah-sursatın olması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə su kanalının kənarına baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 367 ədəd partlamamış hərbi sursat (1 ədəd F-1 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 350 ədəd 7.62 mm-lik patron və 15 ədəd 12 mm-lik patron), 1 ədəd AKM avtomatı, 2 ədəd “Vinçestr Stinger” markalı tüfəng, 1 ədəd TT markalı tapança və 1 ədəd kustar üsulla hazırlanmış silah aşkar edilib. Silahlar Sumqayıt Şəhər Polis İdarəsinə təhvil verilib, partlamamış hərbi sursatlar isə Agentliyin mütəxəsisləri tərfindən götürülərək mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş silah-sursatın ətrafında 50 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

Xızı rayonu ərazisində də xeyli sursat aşkarlanıb. Müdafiə Nazirliyinin bu ərazidəki N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinin birgə keçirdiyi təmizləmə əməliyyatları barədə operativ məlumat yayılıb.

ANMA-nın məlumatında bildirilir ki, oktyabrın 28-də daxil olmuş zəngə əsasən Sitalçay kəndi ərazisində yerləşən 6 saylı Yaşıllaşdırma İdarəsinin ərazisinə, partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 120 ədəd partlamamış hərbi sursat (PHS), 87 ədəd partlamış-yanmış mərmi qalıqları və 1 701 kq yandırma məhsulu aşkar edilərək götürülüb.

Nəticə etibarilə 796 500 kv.m (79.65 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 56 gün ərzində 12 ev, 46 evin həyətyanı sahəsinə, 14 ferma ərazisinə, 41 əkin sahəsinə, 12 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xəttinə, 1 rabitə qovşağına, 1 telestudiya ərazisinə, 2 kənd qəbiristanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərin Xızı rayonundan keçən hissəsinə, neft quyusunun ətrafına, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, dəniz sahilinə, taxıl anbarının yaxınlığına yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə, 6 saylı Yaşıllaşdırma idarəsinin ərazisinə baxış keçirilib, 13 669 ədəd partlamamış hərbi sursat (PHS), 5 887 ədəd partlamış-yanmış sursat qalıqları və 53 659 kq yandırma məhsulu aşkar edilərək götürülüb. Nəticə etibarilə 55 683 658 kv.m (5 568 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.(APA)

Sumqayıt və Xızıda silah-sursat aşkarlanıb
Sumqayıt və Xızıda silah-sursat aşkarlanıb
Sumqayıt və Xızıda silah-sursat aşkarlanıb




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}