17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Xalq artistimiz Almaniyada vəfat edib
Tarix: 30-10-2017 12:02 | Bölmə: Cəmiyyət
Xalq artistimiz Almaniyada vəfat edib

Xalq artisti Rafiq Hüseynov Almaniyada dünyasını dəyişib.

Reyting.az-ın xəbərin görə, bu barədə APA-ya xalq artistinin həyat yoldaşı Səbinə Hüseynova məlumat verib.

O bildirib ki, R.Hüseynov müalicə aldığı Düseldolf şəhərindəki klinikada vəfat edib:

"Həkimlər əllərindən gələni etdilər, amma həyata qayıtması mümkün olmadı. Oktyabrın 26-da dünyasını dəyişdi. Mən dövlət qurumlarından xahiş etdim ki, heç kimə deməsinlər. Çünki qızım bu xəbəri mətbuatda oxusaydı, ona çətin olacaqdı. İlk sizə deyirəm, indi yaya bilərsiniz. Artıq qızımı psixoloji cəhətdən hazırlamışam.

Heç nə danışa bilmədim Rafiqlə. Səsimi eşidirdi, gözünü açırdı, amma danışa bilmirdi. Komaya düşən kimi ürəyi dayandı. Həkimlər dedilər ki, ağ ciyərin funksiyasını bərpa etmək mümkün olmadı".

S.Hüseynova əlavə edib ki, R.Hüseynovun cənazəsi iki günə Bakıya gətiriləcək:

"Almaniyadakı konsulluğumuz bu işlə məşğuldur. Hər şey dövlət tərəfindən yüksək səviyyədə təşkil olunacaq".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}