07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Müğənni Fədayə Laçın həbs edilib - Yenilənib
Tarix: 30-10-2017 15:43 | Bölmə: Cəmiyyət / Xəbərlər
Müğənni Fədayə Laçın həbs edilib

Azərbaycanda tanınmış xanım müğənnisi həbs edilib.

Məlumata görə, Məmmədova Fədayə Baris qızı (Fədayə Laçın) oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilir.

F.Laçın həmin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməkdə barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.

Qaçan məhbuslardan Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub.

Etibar Ələkbər oğlu Məmmədovun axtarışı istiqamətində tədbirlər davam etdirilir.(APA)

**
Fədayə Laçının bacısı İlahə Fəda isə məlumatı təkzib edib. İ.Fəda Yenicag.az saytına deyib ki, bu xəbər yalandır: “Fədayə hazırda Xaçmazdadır. Anam xəbəri eşidən kimi ürəyi getdi, hazırda onun həkimə aparırıq. Anama bir şey olsa, xəbəri yayan saytı məhkəməyə verəcəyik.”

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}