Xalq artisti Leyla Şıxlinskaya istintaqa cəlb olunub – İki milyonluq mənimsəmə
Tarix: 01-11-2017 12:44 | Bölmə: Cəmiyyət
Xalq artisti Leyla Şıxlinskaya istintaqa cəlb olunub

Xalq artisti Leyla Şıxliskayanın rəhbərlik etdiyi klinika iki milyon manatdan çox vəsaiti vergidən yayındırıb.

Bu səbəbdən də L.Şıxlinskayanın fəaliyyəti ilə əlaqədar cinayət işi başlanıb.

Reyting.az-ın xəbərinə görə, bu barədə femida.az-a hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Məlumatda bilirilir ki, CM-nin 213-cü (vergidən yayınma) maddəsilə cinayət işi Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində başlansa da, istintaqı Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti davam etdirəcək.

Cinayət işi aktrisanın rəhbərlik etdiyi "Leyla Şıxlinskaya” klinikasının vergidən yayınması ilə bağlıdır. Klinikanın yayındırdığı verginin məbləğinin iki milyon manatdan çox olduğu bildirilir.

Qeyd olunur ki, L.Şıxlinskayanın rəhbərlik etdiyi klinikanın yeddi əməkdaşı onun ifadəsi əsasında saxlanılıb. Məlumata görə, onlara qarşı mənimsəmə ittihamı irəli sürülsə də, həmin şəxslər ittihamı qəbul etmirlər. Əksinə, Leyla Şıxlinskayanın özünü ittiham edirlər. Elə həmin şəxslərlə bağlı araşdırmalar zamanı vergidən yayınma halları üzə çıxıb və Leyla Şıxlinskaya da istintaqa cəlb olunub.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}