"Qoca” ləqəbli kriminal avtoritet öldürülüb – Yaralılar var
Tarix: 02-11-2017 10:55 | Bölmə: Cəmiyyət
"Qoca” ləqəbli kriminal avtoritet öldürülüb

Bakıdakı atışmada yaralanan "Qoca” ləqəbli Etibar Məmmədov ölüb.

Reyting.az-ın xəbərinə görə, bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Məlumata görə, Bakının Qaradağ rayonunda silahlı insident baş verib.

"Qoca” ləqəbli avtoritet Hacıqabul istiqamətinə qaçırılarkən Qaradağ rayonunda hüquq-mühafizə orqanlarının əməkdaşları əməliyyat keçirib.

Silahlı şəxslərdən biri bir neçə gün bundan əvvəl Biləcəri dəmiryol stansiyasında qaçan məhbus, "Qoca” ləqəbli Etibar Məmmədov olub. E.Məmmədov atışmada yaralanıb və ölüb.

E.Məmmədovla birgə silahlı müqavimət göstərən daha bir nəfər məhv edilib.

Məlumata görə, E.Məmmədov Abşeron rayonunun Güzdək qəsəbəsində İlqar Əzimov adlı şəxsin evində gizlənib.

Hadisə zamanı daha iki nəfər xəsarət alıb. Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. Xəsarət alanlardan biri 1988-ci il təvəllüdlü Əsgərov Anar Azər oğludur. O, "Qoca"nı yük avtomobili ilə qaçırırmış. Digər yaralı isə 1993-cü il təvəllüdlü Bəyəlizadə Şahmar Şamil oğludur. O, üz nahiyəsindən xəsarət alıb.

Ş.Bəyəlizadənin "Qoca" ləqəbli E.Məmmədova kömək edən yük avtomobili sürücüsünün köməkçisi olduğu bildirilir.(Report)

"Qoca” ləqəbli kriminal avtoritet öldürülüb

Qeyd edək ki, bəzi saytlar "Qoca” ləqəbli Etibar Məmmədovin ölmədiyini, həbs edildiyini yazıb.

Bildirilib ki, "Qoca” sağ ələ keçirilsə də, yanında olan şəxslərdən birinin öldürüldüyü deyilir.

Məsələylə bağlı Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov "Qafqazinfo”ya deyib ki, Etibar Məmmədovun saxlanılması və cinayət işinin istintaqı ilə bağlı gün ərzində rəsmi məlumat yayılacaq.

Onu da qeyd edək ki, "Qoca"nın qaçmasına yardım etdiyinə görə müğənni Fədayə Laçın və bir neçə nəfər həbs edilib, 30-a yaxın ədliyyə əməkdaşı işdən azad edilib, içlərindən tutulanlar da var.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}