Zəlzələ Qarabağda 300-ə yaxın evə ziyan vurub
Tarix: 16-11-2017 09:51 | Bölmə: Cəmiyyət / Xəbərlər
Zəlzələ Qarabağda 300-ə yaxın evə ziyan vurub

Zəlzələ nəticəsində Bərdə, Ağdam və Tərtər rayonlarına dəyən ziyan açıqlanıb.

Bərdə Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Vidadi İsayev bildirib ki, zəlzələ nəticəsində Bərdə rayonu ərazisində 150-yə yaxın evə ziyan dəyib: "Daha çox məcburi köçkünlərin məskunlaşdığı rayonun Meşəçilik massivində yaşyaş evlərinə ziyan dəyib. Həmin massivin ərazisində bir ev tamamilə dağılıb".

Ağdam RİH-in başçısı Raqub Məmmədov isə bildirib ki, rayon ərazisində 5.7 bal gücündə zəlzələ qeydə alınıb: "Baş verən zəlzələ nəticəsində rayon ərazisində 127 evə, 1 məktəb binasına ziyan dəyib. Bundan başqa, rayonun Üçoğlan kəndi ərazisində bir ev tamamilə dağlıb".

Tərtər RİH-in başçısı Müstəqim Məmmədov da zəlzələnin rahbəri olduğu rayona ziyan vurduğunu deyib. Daha çox rayonun İsmayılbəyli və Evoğlu kəndlərinə ziyan dəyib: "Rayon ərazisində 9 evə ziyan dəyib, 3 ev isə tamamilə dağılıb. Bundan başqa, bir tövlə tamamilə dağılıb və həmin zaman tövlədə heyvanları yemləyən kənd sakini dağıntıların altında qalaraq xəsarət alıb".

Qeyd edək ki, baş verən təbii fəlakətlə bağlı hər üç rayonda ziyanların hesablanması üçün araşdırmalara başlanılıb.(Report)




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}