16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Buraxılış və qəbul imtahanlarının müzakirəsi yekunlaşıb
Tarix: 20-11-2017 14:21 | Bölmə: Cəmiyyət
Buraxılış və qəbul imtahanlarının müzakirəsi yekunlaşıb

Dövlət İmtahan Mərkəzində (DİM) ayrı-ayrı fənlər üzrə keçirilən elmi-metodik seminarlar fəaliyyətini davam etdirir.

Reyting.az xəbər verir ki, müvafiq fənlər üzrə təşkil olunan seminarlarda 2018-ci ildə keçiriləcək buraxılış imtahanları da daxil olmaqla, hərbi lisey və ali təhsil müəssisələrinə qəbul imtahanları proqramlarının müzakirəsi başa çatıb.

DİM-in məlumatına görə, müzakirələr nəticəsində proqramlar təsdiqlənib. Buraxılış və qəbul imtahanlarının proqramları 2018-ci ildə "Abituriyent” jurnalının birinci nömrəsində dərc olunacaq.

Hazırda elmi-metodik seminarlarda bu il qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqları imtahan nəticələrinin statistik göstəriciləri əsasında mövzu, mürəkkəblik dərəcəsi və qabiliyyət göstəriciləri baxımından təhlil edilir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}