2018-ci ildə güclü zəlzələr baş verəcək
Tarix: 21-11-2017 10:10 | Bölmə: Cəmiyyət / Xəbərlər
2018-ci ildə güclü zəlzələr baş verəcək

ABŞ Geoloji Cəmiyyətinin illik yekununda alimlər 2018-ci ildə güclü zəlzələrin sayının artacağını bildiriblər.

"The Guardian”ın yaydığı məlumata görə, seysmoloqlar bildirir ki, seysmik aktivliyin artmasına Yer kürəsinin öz oxu ətrafında fırlanma sürətinin azalaması təsir göstərir. Bununla belə alimlər tam dəqiq əlaqəni izah edə bilmirlər.

Bu nəticəyə Kolorado və Montana Universitetinin alimləri XX əsrdə baş verən zəlzələlərin öyrənilməsindən sonra gəliblər. Ekspertlər müəyyənləşdiriblər ki, planetin fırlanmasının zəifləməsi dövründə güclü zəlzələlərin sayı təxminən iki dəfə artırıb.

Alimlərin iddia edir ki, gələn il 7 baldan yuxarı 20 zəlzələ baş verə bilər. Yeraltı təkanlardan daha çox bir milyarda yaxın insanın yaşadığı tropik bölgələrin zərər görəcəyi qeyd edilir.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}