17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Ziya Məmmədov işdən çıxarılan qohumuna tapşırıq verib: “Çaşarsan ha, birdən...”
Tarix: 04-12-2017 09:41 | Bölmə: Cəmiyyət
Ziya Məmmədov işdən çıxarılan qohumuna tapşırıq verib: “Çaşarsan ha, birdən...”

Prezident İlham Əliyevin ötən gün imzaladığı sərəncamla Quba rayonunun icra başçısı, Ziya Məmmədovun qohumu Yaşar Məmmədov tutduğu vəzifədən azad edilib.

Reyting.az-ın xəbərinə görə, Yaşar Məmmədov bu mövzuda unikal.org-a müsahibə verib.

Ziya Məmmədov işdən çıxarılan qohumuna tapşırıq verib: “Çaşarsan ha, birdən...”

Özünü Prezident İlham Əliyevin əsgəri sayan Yaşar Məmmədov, 2010-cu ilə kimi Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışdığını xatırladıb:

- 2010-cu ilin aprel ayından Ucar Rayon İcra Hakimiyyətinin, 27 yanvar 2015-ci ildən Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişəm. Bunları xatırlamaqda məqsədim odur ki, mən, ömrüm boyu vətənimə xidmət etmiş adamam. Kifayət qədər vəzifələrdə olmuşam. Dünən də icra başçısı vəzifəsindən azad olundum.

Bundan sonra da qalan ömrümü Prezident İlham Əliyevin əsgəri kimi, vətənimə həsr etməyə hazıram.

- Mətbuatda keçmiş nəqliyyat naziri Ziya Məmmədovun yaxın adamı kimi təqdim olunursuz…

- Ziya müəllim mənim bibim oğludur. Azərbaycanın ən yaxşı nazirlərindən biri olub. Mən onun etiklərini heç vaxt dana bilmərəm. Onunla fəxr edirəm. O, Azərbaycana düşmən deyil ki?

- Qohumluq əlaqələriniz işdən azad olunmağınıza nə kimi təsir göstərdi?

- Prezident İlham Əliyevin işdən çıxarılmam ilə bağlı sərəncamını şərh edə bilmərəm. Vəzfəyə təyin edən və vəzifədən azad edən cənab Prezidentdir. Görünür, belə məsləhət bilib.

Məni icra başçısı kimi, 8 il vəzifədə saxlayan İlham Əliyev olub. Yuxarıda qeyd etdiyim kimi, 5 il Ucar, 2 ildən artıq Quba rayonunda icra başçısı vəzifəsində çalışmışam. Bununla belə, 10 ildən artıq polis rəisi vəzifəsində olmuşam. Mən hazırda evimdəyəm, istirahət edirəm...

- İlham Əliyevin dünənki sərəncamından sonra Ziya Məmmədovla əlaqə saxlamısınız?

- Bəli, dünən Ziya Məmmədovun özü mənə zəng vurdu və bəzi məsləhətlərini verdi. Bildirdi ki, birdən çaşıb hansısa "fikir” söyləyərsən. Çaşarsan ha, birdən... Məni bu məsələdə diqqətli olmağa çağırdı.

- Bəs siz nə dediniz?

- Ziya müəllimə cavab olaraq bildirdim ki, mən uşaq deyiləm. Harada, nəyi danışmağı yaxşı bilirəm. Onu bu məsələdə narahat olmamağa çağırdım.

- Bundan sonra dolanmağınız üçün hansı işlə məşğul olacaqsınız?

- Mən keçmiş polis əməkdaşı olduğum üçün 950 manat pensiya alıram. Allah bərəkət versin! Normal yaşamağım üçün yetərli məbləğdir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}